"Zelenski də başqaları kimi yaxınlaşan işğalla bağlı xəbərdarlıqlara qulaq asmaq istəmədi". Bu sözləri Amerika Birləşmiş Ştatlarının (ABŞ) prezidenti Co Bayden Demokratlar Partiyası üçün Los-Ancelesdə keçirilən ianə aksiyasında deyib.
Bayden deyib ki, Rusiyanın Ukraynaya hücumundan bir neçə həftə əvvəl, ölkə sərhədləri yaxınlığında işğalçı ordunun toplandığı bir vaxtda bu cür xəbərdarlıqlar edərkən çoxları bu məlumatların şişirdildiyini düşündüyünü.
"Mən bilirdim və bunu təsdiqləmək üçün məlumatlarımız var"-Bloomberg Baydendən sitat gətirir.
Prezident Zelenskinin mətbuat katibi Sergey Nikiforov deyib ki, Baydenin sözlərinə aydınlıq gətirilməsinə ehtiyac var. O, işğaldan əvvəlki dövrdə Ukrayna prezidenti ilə ABŞ prezidenti arasında üç-dörd telefon danışığı olduğunu və vəziyyətin təhlili ilə bağlı ətraflı fikir mübadiləsi aparıldığını bildirib.
O əlavə edib ki, Zelenski qoşunlarını çıxarmağa məcbur etmək üçün Rusiyaya qarşı qabaqlayıcı sanksiyalar tətbiq etməyə çağırıb:
“Və burada artıq deyə bilərik ki, tərəfdaşlarımız bizi eşitmək istəmədilər”, - Nikiforov bildirib.
Rusiya fevralın 24-də Ukraynaya hücum edib. Bu müddət ərzində ölkənin bir sıra şəhər və qəsəbələri dağıdılıb, minlərə adam həlak olub, milyonlarla insan ölkədən qaçqın düşüb.
Beynəlxalq aləm Rusiyanın bu addımını pisləyir və öz qoşunlarını Ukraynadan çıxarmağa çağırır.
Buna da bax: Avropa Komissiyasının prezidenti yenidən UkraynadaBayden Putini ABŞ-dakı yüksək inflyasiyaya görə günahlandırır
ABŞ-da qaz, enerji və ərzaq məhsullarının qiymətlərində rekord artım Ukraynada müharibəyə başlayan Rusiya prezidenti Vladimir Putinin siyasətinin nəticəsidir.
ABŞ prezidentinin Ağ Evin saytında vətəndaşlara ünvanlanan müraciətində belə deyilir. Bayden Putini ABŞ-da son 40 ildə ən yüksək inflyasiyada səbəb olmaqda günahlandırır.
"Rusiya qoşunlarının Ukraynanı təhdid etməsindən sonra benzinin 1 qallonunun qiyməti 2 dollar (4,55 litr) artıb", - Bayden deyib.
Amerika prezidenti Konqresdən inflyasiya ilə mübarizə aparmağı tələb edib. ABŞ-da qiymət artımına səbəb olan əsas amil malların çatdırılma dəyərində müşahidə olunan bahalaşma ilə bağlıdır.
Bayden indi ABŞ-ın gələn il üçün rekord həcmdə neft hasil etmək yolunda olduğunu deyib. Ehtimal edilir ki, bu yanacağın qiymətinə təsir edəcək.
Buna da bax: Estoniya Putinin tarix barədə dediklərinə sərt reaksiya verdi