Bayramov və Çavuşoğlu Ukraynadan danışıblar

Azərbaycan və Türkiyə xarici işlər nazirləri Ceyhun Bayramov (solda) və Mevlüt Çavuşoğlu (Arxiv fotosu)

Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər”

Bu gün, martın 16-da Azərbaycan və Türkiyə xarici işlər nazirləri Ceyhun Bayramov ilə Mevlüt Çavuşoğlu arasında telefon danışığı olub.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumatda qeyd edilir ki, nazirlər bölgədəki cari vəziyyət, o cümlədən Ukrayna ətrafındakı məsələlərlə bağlı fikir mübadiləsi aparıblar:

“Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər”.

Son günlər Ukrayna ətrafında yaranan hadisələr dünyanın bir çox ölkələrinin rəsmi şəxslərinin tez-tez gündəmə gətirdiyi məsələlərdəndir.

Buna da bax: ABŞ dövlət katibi İlham Əliyevə zəng edib

Xatırlatma

Bu il fevralın 24-də Rusiya Ukraynaya yeni hücuma başlayıb. Bu müharibədən bir neçə gün əvvəl də Rusiya Ukrayna ərazisində separatçı "Donetsk Xalq Respublikası" və "Luqansk Xalq Respublikası"nın müstəqilliyini tanımışdı.

Rusiya altı il əvvəl Ukraynanın bir hissəsini-Krımı ilhaq etmişdi. Onda Rusiyaya sanksiyalar tətbiq edilməyə başlanmışdı.Yeni müharibədən sonra Qərb və dünyanın bir sıra ölkələri Rusiyaya sanksiyaları genişləndirib. Amma Türkiyə və Azərbaycan bu sanksiyalara qoşulmur.