İctimai fəal Bəhruz Səmədovun saxlandığı bildirilir. Nənəsi Zibeydə Səmədovanın dediyinə görə, avqustun 22-də özlərini Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları kimi təqdim edən şəxslər evlərində axtarış aparıblar. Onun sözlərinə görə, axtarışın narkotiklə əlaqəli şikayətlə bağlı olduğunu deyiblər və sonra da nəvəsinin dövlətə qarşı məqalələrdə, ermənilərlə yazışmada günahlandırılması ilə bağlı məlumat alıblar.