Belqoroda raket hücumu olub

Rusiyanın Belqorod şəhəri atəşə tutulduqdan sonra yanan avtomobillər

Yanvarın 3-də səhər Rusiyanın Ukrayna ilə həmsərhəd Belqorod şəhərinə raket hücumu olub. Şəhərdə həyəcan elan edilib, havadan müdafiə sistemləri işə düşüb. Məlumatı Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov verib.

Qubernator şəhərə doğru uçan bir neçə hədəfin vurulduğunu söyləyib. Dağıntılar və xəsarət alanlar barədə məlumat yoxdur.

Sevastopol da vurulub

Yanvarın 3-nə keçən gecə ilhaq olunmuş Krımda Sevastopol şəhərinə də raket hücumu baş verib. Şəhərə Rusiyanın təyin etdiyi hakimiyyət bildirir ki, raket vurulub, ziyan dəyməyib. Krım.Realii portalının məlumatına görə, Sevastopolda partlayışlar eşidilib.

+++

Dekabrın 30-da Belqorodun mərkəzi atəşə tutulub. Bu, Rusiya Ukraynanı işğal etməyə başlayandan şəhərə ən irimiqyaslı hücum idi. 25 nəfər həlak olub, azı 100 nəfər yaralanıb.

Ukrayna rəsmiləri Rusiya ərazisinin vurulmasını şərh etmirlər.

Dekabrın 29-da isə Ukrayna ərazisi Rusiya tərəfdən ən böyük hücumlardan birinə məruz qalıb. 40-a yaxın şəxs həlak olub, onlarla adam yaralanıb.