Mayın 9-da Ukrayna və Rusiya bayraqlarının Berlindəki İkinci Dünya Müharibəsi abidələri önünə gətirilməsinə yenidən icazə verilir.
Belə bir qərarı Berlin İnzibati Məhkəməsi verib və bununla da polisin bu məsələ ilə bağlı bir il əvvəl verdiyi qərar ləğv edilib.
Buna da bax: Müharibə veteranlarına birdəfəlik yardım ayrılıbBu barədə rbb yayım şirkəti Ukraynanın Almaniyadakı qeyri-hökumət təşkilatı Vitsche-yə istinadla məlumat yayıb.
Berlin polisi Ukrayna və Rusiya bayraqlarının və marş musiqisinin qadağan edilməsini “o dövrün sovet ordusunun həlak olmuş əsgərlərinin xatirəsinin layiqincə anılmasını təmin etmək” məqsədi ilə əsaslandırıb.
Rbb-yə daxil olan məhkəmə qərarının əsaslandırmasında polisin qəbul etdiyi qərarın “açıq-aşkar qanunsuz olduğu” bildirilir.
Berlin polisi məhkəmənin qərarına etirazdan imtina edib.
Berlində İkinci Dünya Müharibəsi ilə bağlı Sovet abidələri önündə keçirilən anım günündə Rusiya və Ukrayna bayraqlarının nümayişinə 2022-ci ilin mayında qadağa qoyulub.
Buna da bax: Faşist Rusiyası? Tarixçilər ‘yox’ deyirBelə bir qadağanın Ukraynadakı müharibə ilə bağlı mümkün millətlərarası münaqişələrin qarşısını almaq niyyəti ilə olduğu açıqlanıb.
Kreml tərəfdarı olan “Gecə canavarları” bayker qrupunun da Berlinə gələcəyi gözlənilir.
AFP-nin məlumatına görə, artıq bu qrup yola düşüb. Amma Rusiya baykerlərinin Berlinə çata bilməsi ehtimalının az olduğu bildirilir. Beləki sözügedən qrup sanksiya siyahısında olduğundan onların Avropa İttifaqına girişi qadağandır.
Berlin əyalətində 8 və 9 may bayramlarından asılı olmayaraq "Z" simvolu da qadağandır.