Ardıcıl beşinci gündür, Rusiyada pandemiyanın başlamasından bəri yeni bir növ koronavirus infeksiyasından ən yüksək ölüm halı qeydə alınmaqdır. Belə ki, hər gün 697 nəfər koronavirus səbəbindən vəfat edir .
Xəstəliyin yayılmasına qarşı mübarizə aparan əməliyyat qərargahının statistikasına görə, yeni aşkarlanan infeksiya hadisələrinin sayı da yanvar ayından bəri ən yüksək səviyyədə qalmaqdadır.
Rəsmi məlumata görə, gün ərzində 24.439 infeksiyaya yoluxma halı aşkarlanıbş. 17 899 nəfər sağalıb, 395.120 xəstə həkim nəzarəti altındadır. İiyun ayının əvvəlindən bu rəqəm dayanmadan böyüyür.
Pandemiyanın başlanğıcından bəri Rusiyada 5.585.799 yoluxmanın olduğu və koronavirusdən 137.262 nəfər adamın öldüyü rəsmi qurumlar tərəfindən etiraf edilib..
Ancaq demoqraflar və sağlamlıq mütəxəssisləri bu təxminləri tənqid edirlər. Yüksək rütbəli məmurlar ölüm halının bundan çox ola biləcəyini bildiririlər.
Rusiya Statistika Komitəsinin məlumatlarına istinad edən demoqraflar koronavirusdan ölüm halının hələ 2021-ci ilin may ayında üç qat daha yüksək olduğunu təxmin ediblər.
Yarım il əvvəl Rusiya hakimiyyəti pandemiya üzərində qələbə qazanıldığını elan etmişdi. Rusoya prezidenti Vladimir Putin ötən ilin iyununda bəyan etmişdi ki, hakimiyyət axır ki, vtəndaşları pandemiyadan qorumağa nail olub. Rusiya həm də dünya da ən birinci COVİD-19 əleyhinə peyvənd istehsal etdiyini bəyan edib.