Dekabrın 3-ü Beynəlxalq Əlillər günüdür. Bu günün əngəllilərin günü olması qərarı 1992-ci ildə BMT-nin Baş Assambleyasında qəbul edilib.
Rəsmi statistikaya görə, Azərbaycanda 530 mindən çox əngəlli insan var. Onlardan 60 minə yaxını uşaqlardır.
Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, dünya üzrə əlilliyi olan şəxslərin sayı əhali tərkibinin 10 faizi qədərdir. Azərbaycanda əlillər əhalinin təxminən 5 faizini təşkil edir.
Buna da bax: Azərbaycanda əlil təqaüdçülərin sayı artıb
Ölkədə əlillərin ən böyük problemi işsizlik, təhsil və onlar üçün əlverişli olmayan infrastrukturla bağlıdır.