Bakı Ağır Cinayətlər Məhkəməsində "Azərbaycan Beynəlxalq Bankı" ndan kredit götürərək qaytarmamaqda və mənimsəmədə təqsirləndirilən “İntertabakko” Zaqatala Tütün Emalı Zavodunun sabiq direktoru İsmayıl Timuçinoviç Hidayət-Zadənin cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.
“Report”un xəbərinə görə, İ.Hidayət-Zadə 7 il müddətinə azadlıqdan
məhrum edilib. Hökmdən narazı qalan İ.Hidayət-Zadə apellyasiya şikayəti verib.
Buna da bax: Cahangir Hacıyev-in istefasının pərdə arxasını iqtisadçılar izah edirlər
İ.Hidayət-Zadə 2015-ci ildə Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (BMCMİ) əməkdaşları tərəfindən saxlanıb. “İntertabakko” Zaqatala Tütün Emalı Zavodunun sabiq direktoru olmuş İ.Hidayət-Zadə "Azərbaycan Beynəlxalq Bankı" ASC-dən 100 milyon dollar kredit götürərək qaytarmamaqda günahlandırılıb. Onun barəsində Nərimanov Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. İ.Hidayət-Zadə Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham olunub.
İ.Hidayət-Zadə "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin keçmiş sədri Cahangir Hacıyevin bacanağıdır.
Cahangir Hacıyev və bir qrup keçmiş bank əməkdaşının cinayət işi üzrə məhkəmə prosesi hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində davam edir.