"Bloomberg" təsadüfən Rusiyanın Ukraynaya hücumu ilə bağlı başlıq dərc edib. Fevralın 4-ü saat 16:00 radələrində "onlayn" etiketli xəbər başlığı təxminən yarım saata yaxın saytda qalıb.
Agentlik səhvi etiraf edib, üzr istəyib və hadisəni araşdıracağına söz verib. "Bloomberg" açıqlamasında bildirib ki, redaktorlar bir çox ssenari üçün əvvəlcədən başlıqlar hazırlayırlar.
Ötən ilin payızında "Bloomberg" kəşfiyyat məlumatlarına istinadən Rusiya qoşunlarının Ukrayna sərhəddinə yaxın ərazidə qeyri-adi cəmləşməsi barədə məlumat verən ilk media orqanlarından biri olub.
Qərb ölkələri Moskvanın qonşu ölkəyə təcavüzə hazırlaşdığını irəli sürsə də Rusiya bütün ittihamları rədd edir. Bu ərəfədə Moskva ABŞ və NATO qarşısında bir sıra tələblər irəli sürərək - xüsusən də NATO-nu şərqə doğru genişləndirməmək, orta və qısa mənzilli raketləri və ABŞ-ın nüvə silahlarını Avropada yerləşdirməmək üçün yazılı öhdəlik istəyib.
Yanvarda aparılan danışıqlar nəticəsiz başa çatıb, amma tərəflər müzakirəni davam etdirmək barədə razılığa gəliblər.
Sizin brauzer HTML5-i dəstəkləmir
Almaniyanın "Bild" qəzeti Rusiyanın Ukraynaya müdaxiləsi halında atılacaq addımları təsvir edən məqalə dərc edib.
Xarici kəşfiyyat hesabatına istinad edilən yazıda qeyd olunur ki, Moskva Ukrayna Ali Radasını qeyri-qanuni elan edərək “xalq şurası” yaradacaq. Bundan başqa iddia olunurki, Moskva Rusiyayönlü hakimiyyət yaratmaq və sonradan təslim olmaq üçün Ukraynanın böyük şəhərlərində kəşfiyyat bölmələri təşkil etmək niyyətindədir. Əməliyyatın nəticəsi Ukraynanın Rusiya və Belarusla birlik dövlətinə daxil olması olmalıdır. Moskva hələlik Almaniya nəşrinin yazdıqlarına münasibət bildirməyib.