BMT-nin Baş Assambleyası oktyabrın 12-də böyük səs çoxluğu ilə dünya ölkələrini Ukraynanın dörd regionunun Rusiya tərəfindən ilhaq cəhdini pisləyən və Moskvanı bu ilhaq üçün keçirilmiş referendumların nəticələrindən imtina etməyə çağıran qətnamə qəbul edib.
BMT-nin 143 üzvü bu qətnamənin leyhinə, 5 üzvü əleyhinə səs verib.
35 ölkə səsvermədə bitərəf qalıb.
Buna da bax: Qazaxıstanda Putinin səfərinə etiraz edirlərAzərbaycan səsvermədə iştirak etməyib
Azərbaycan, Burkina Faso, Kamerun, Cibuti, El Salvador, Ekvatorial Qvineya, İran, Türkmənistan və Venesuela səsvermədə ümumiyyətlə iştirak etməyiblər.
Bitərəf qalan ölkələrin arasında Ermənistan, Qazaxıstan, Tacikistan və Özbəkistan da var.
Türkiyə qətnamənin leyhinə səs verib.
Qəıtnamədə BMT Nizamnaməsinə uyğun olaraq bildirilir ki, Ukraynanın Donetsk, Luhansk, Xerson və Zaporojye regionları təcavüz nəticəsində Rusiya tərəfindən işğal olunub və bu hərəkətlə Ukraynanın ərazi bütövlüyü, suverenliyi və siyasi müstəqilliyi pozulub.
Qətnamə bütün ölkələri, BMT və bütün beynəlxalq təşkilatları Rusiyanın ilhaqını tanımamağa çağırır.
Buna da bax: Ukrayna işğal olunmuş ərazilərini azad edirBMT Rusiyanın gizli səsvermə təklifini rədd edir
BMT-nin Baş Assambleyası oktyabrın 10-da keçirilən səsvermə ilə bu həftə Rusiyanın Ukraynanın dörd regionunu ilhaq etməsini pisləyəcək qətnaməyə gizli səs verilməsinə dair Moskvanın çağırışını rədd edib.
Reuters agentliyi bildirir ki, Baş Assambleya leyihinə 107 səslə Rusiyanın Ukraynada keçirdiyi qondarma referendumları və Ukrayna torpağının ilhaqını pisləyən qətnamənin layihəsinə açıq səs veriləcəyinə dair qərar qəbul edib.
Diplomatlar qətnamənin oktyabrın 12-də və ya 13-də səsə qoyulcağını bildiriblər.
Buna da bax: Daha bir rusiyalı milyarder vətəndaşlıqdan imtina edirBazar ertəsi keçirilən səsvermədə isə yalnız 13 ölkə səsvermənin qapalı keçirilməsi leyhinə səs verib. Daha 39 ölkə bitərəf qalıb. Rusiya və Çin də daxil qalan ölkələr səsverməyə qatılmayıblar.
Rusiya iddia edirdi ki, “Qərbin lobbiçiliyi” şəraitində ölkələrin öz mövqelərini açıq bildirməsi çətin olacaq.
Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya Rusiyanı pisləyən qətnamənin zəruriliyini sual edib:
"Bunun sülhə və təhlükəsizliyə və ya münaqişənin həllinə çalışılmasına nə dəxli var? Bu bölücülüyə və ya eskalasiyaya doğru yönəlmiş daha bir addımdır. Əminəm ki, bu otaqdakıların tam çoxluğunun buna ehtiyacı yoxdur”.
Buna da bax: 'Putinin aşpazı' deputatları müharibəyə çağırır
“Qan izi, cəsəd iyi...”
Reuters yazır ki, Baş Assambleya Rusiya qətnaməsi üzrə səsvermənin açıq olacağını bəyan etdikdən dərhal sonra, Moskva quruma bu məsələyə baxılmasını bir də nəzərdən keçirməyə çağırıb, lakin onun bu təklifi də rədd edilib.
Moskva Ukraynanın qismən işğal olunmuş hissələrini ilhaq etmək niyyətini Ukraynanın Donetsk, Luhansk, Xerson və Zaporojye vilayətlərində qondarma referendumlar keçirdikdən sonra bildirib.
BMT Baş Assambleyasının sözü gedən qətnaməsi ölkələri Rusiya ilhaqını rədd etməyə və Ukraynanın suverenliyi və ərazi bütövlüyünü bir daha tanımağa çağırır.
Sizin brauzer HTML5-i dəstəkləmir
Ukraynanın BMT-dəki səfiri Sergiy Kislitsya ölkələri BMT Xartiyasının təməl prinsiplərini müdafiə etməyə çağırıb:
"Rusiya nümayəndə heyəti BMT Baş Assambleyasına ayaq basanda arxasınca qan izi buraxır və zal çürüyən insan cəsədinin qoxusu ilə dolur. Biz buna Suriyada dözdük. İndi bu, Ukraynada baş verir”.
Rusiya oktyabrın 10-da Ukrayna şəhərlərini ağır raket atəşlərinə tutub.
Buna da bax: Xəzər üfüqündə bombalar. Sahilyanı ölkələr etiraz etməlidirlərmi?2014-cü ildə olduğu kimi
ABŞ dövlət katibi Entoni Blinken beynəlxalq icmanı Rusiya prezidenti Vladimir Putinə onun hərəkətlərinin “tamamilə qəbuledilməz” olduğunu bildirməyə çağırıb:
"İndi Ukraynaya dəstək üçün çıxış etmək vaxtıdır. İndi bitərəf qalmağın, şablon sözlərin və neytrallıq xatirinə bərabərləşdirmənin vaxtı deyil. Söhbət BMT Nizamnaməsinin özək prinsiplərindən gedir”.
Rusiya ötən ay BMT Təhlükəsizlik Şurasında buna bənzər qətnaməyə veto qoymuşdu.
Moskva BMT Baş Assambleyasına daxil olan ölkələrin dörddə üçü onun Ukraynaya müdaxiləsini pisləyən qətnaməni qəbul edəndən bəri beynəlxalq izolyasiyadan çıxmağa can atır.
Buna da bax: Ərdoğanla Putin sabah görüşəcəkReuters yazır ki, 2014-cü ildə Rusiya Krımı ilhaq edəndə də BMT Baş Assambleyası eyni addımları atmışdı.
Baş Assambleya o vaxt Krımda keçirilmiş qondarma referendumun etibarsız sayıldığını ehtiva edən qətnaməni 100 ölkə leyhinə, 11 ölkə əleyhinə olmaqla qəbul etmişdi.