BMT Baş Assambleyası xüsusi sessiyasının iştirakçıları noyabrın 14-də Rusiyanın Ukraynaya vurduğu ziyanın beynəlxalq reyestrinin və Rusiyanın Ukraynaya vurduğu ziyana görə təzminat ödəməsinin beynəlxalq mexanizminin yaradılmasını ehtiva edən qətnamə qəbul edib.
Bu qətnamənin leyhinə 193 ölkədən 94-ü, əleyhinə 14-ü səs verib. 73 ölkə bitərəf qalıb.
Sənədin qəbulunun əleyhinə Rusiya, Belarus, Zimbabve, İran, Çin, Şimali Koreya, Kuba, Mali, Nikaraqua, Suriya, Baham adaları, Mərkəzi Afrika Respublikası, Eritreya və Efiopiya səs veriblər.
Buna da bax: İran və Azərbaycan nazirləri danışıbKeçmiş sovet respublikalarından Ermənistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistan bitərəf qalıblar.
Azərbaycan və Türkmənistan səsvermədə ümumiyyətlə iştirak etməyiblər. Mərakeş, Tanzaniya, Seneqal, Venesuela və Burkina-Faso da səsverməyə qatılmayıblar.
Gürcüstan, Latviya, Litva, Moldova, Ukrayna və Estoniya qətnamənin qəbuluna səs veriblər.
Buna da bax: NATO rəhbəri: ‘Ukraynanı qarşıda çətin aylar gözləyir’Türkiyə də qətnamənin leyhinə səs verib
Digər ölkələrdən qətnaməni Türkiyə və Macarıstan da dəstəkləyiblər.
İndoneziya, Səudiyyə və Serbiya bitərəf qalıblar.
BRİKS ölkələrindən habelə Braziliya və Hindistan da bitərəf mövqe tutublar.
Qətnamədə deyilir ki, “Rusiya Federasiyası Ukraynada beynəlxalq hüququn, insan haqlarının pozulduğu bütün hallara görə məsuliyyət daşıyır”.
Sizin brauzer HTML5-i dəstəkləmir
Qeyd edilir ki, təcavüzkar ölkə özünün bütün qanuna zidd hərəkətləri üçün məsuliyyət daşımalı, vurduğu ziyana görə təzminat ödəməlidir.
Qətnamə təzminatın ödənilməsi üçün Ukrayna ilə birlikdə beynəlxalq mexanizmin yaradılmasını ehtiva edir.
Bu məqsədlə yaradılacaq reyestrdə Rusiyanın Ukraynada fiziki və hüquqi şəxslərə vurduğu ziyanlar, buna dair subutlar yer alacaq.
Bu, Rusiyanın Ukraynaya təcavüzü başlanandan bəri BMT Baş Assambleyasının Moskvaya qarşı beşinci qətnaməsidir.
Buna da bax: Bayden və Si Ukraynada nüvə silahından istifadəyə qarşı çıxış etdilərQətnamədə habelə Ukraynanın ərazi bütövlüyü və suverenliyinə dəstək bidirilir, Moskvanın Ukraynaya qarşı müdaxiləsi qətiyyətlə pislənir.