►“ABŞ son zamanlar həbsdəki siyasi fəalların, jurnalistlərin azadlığa buraxılmasını alqışlayır “.
ABŞ dövlət katibinin Bakıda səfərdə olan Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Bridget Brink bu gün keçirdiyi brifinqdə belə deyib.
Azərbaycanın ABŞ-dan ötrü çox mühüm tərəfdaş olduğunu ifadə edən Bridget Brink Bakıda olduğu zaman apardığı müzakirələr haqda bilgi verib.
Səfəri zamanı prezident İlham Əliyev, xarici işlər naziri Elmar Məmmədyarovla görüşən B.Brink müxalif siyasi partiya təmsilçiləri ilə də müzakirələr apardığını deyib. O, görüşlərinin səmərəli və konstriktiv keçdiyini ifadə edib.
“ABŞ təhlükəsizlik, iqtisadiyyat, energetika, insan hüquqları və demokratiya üzrə Azərbaycanla əlaqələrin möhkəmləndirilməsində maraqlıdır”, deyə o , bildirib.
Səngəçal terminalına getməsindən bəhs edən diplomat ABŞ-ın yeni İpək Yolunun inşa edilməsi təşəbbüsünə də dəstək verdiyini ifadə edib.
Bridget Brink Dağlıq Qarabağ münaqişəsinin nizamlanması durumu ilə bağlı ölkəsinin mövqeyi haqda da danışıb.
“ABŞ problemin kompleks həllinə nail olmaqdan ötrü Dağlıq Qarabağ münaqişəsinin tərəfləri ilə əməkdaşlığa hazırdır. Biz Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı öhdəliklərimizə sadiqik. Bu öhdəliklərə Vyana və Sankt-Peterburq görüşlərində əldə olunmuş razılaşmalar istiqamətində davam etmək daxildir”, deyən Bridget Brink münaqişənin dinc və tam həllini dəstəklədiklərini vurğulayıb.
ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Bridget Brink iyunun 22-də Azərbaycana gəlib.Onun səfəri bu gün başa çatmalıdır.
Buna da bax: "Arvadım İŞİD-ə qoşulub"
Sizin brauzer HTML5-i dəstəkləmir
DİNLƏ: Günün əsas hadisələri Azadlıq Radiosunda - 24 iyun
Brexit-dən Azərbaycan nə itirəcək?
Sizin brauzer HTML5-i dəstəkləmir