Azərbaycanda səfərdə olan ABŞ Dövlət Katibinin Avropa və Avrasiya məsələləri üzrə müşavirinin müavini xanım Bridget Brink noyabrın 22-də Sivil Toplum Platformasının (STP) üzvləri ilə görüşüb.
Bu haqda görüşdə iştirak edən STP üzvlərindən Akif Qurbanov məlumat verib.
Onun bildirdiyinə görə, Bridget Brinklə görüşdə ölkədəki ictimai-siyasi vəziyyət, sentyabrın 26-da keçirilmiş referendumun nəticələri , vətəndaş cəmiyyətinin hüquqi və praktik durumu əsas müzakirə mövzusu olub.
Buna da bax: Bridget Brink müxalifətlə görüşdü
Görüşdə ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta və səfirliyin digər əməkdaşları da iştirak ediblər.
ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müşavirinin müavini noyabrın 22-də prezident İlham Əliyev, xarici işlər naziri Elmar Məmmədyarov və Azərbaycan müxalifətinin təmsilçiləri ilə də görüşüb.
Xanım Bridget Brink noyabrın 21-dən 22-nə keçən gecə Azərbaycana gəlib.
Buna da bax: Azərbaycan Qarabağ problemində ABŞ-ın səylərini artırmasını istəyir
Sivil Toplum Platformasını müstəqil vətəndaş cəmiyyəti institutlarının nümayəndələri demokratik islahatların təşviqi məqsədi ilə yaradıblar. Qurumda QHT rəhbərləri, hüquqşünaslar, jurnalistlər və iqtisadçılar təmsil olunur.