Böyük Britaniya Xarici İşlər Nazirliyi yanvarın 22-də bəyanat yayaraq, Kremlin Ukraynada rusiyayönlü siyasətçini hakimiyyətə gətirmək üçün əməliyyat hazırladığını iddia edib.
“Rusiya hakimiyyətinin Kiyevdə rusiyayönlü lideri hakimiyyətə gətirmək niyyətində olduğunu göstərən məlumatlar əldə etmişik”. - deyə nazirliyin saytında bildirilir.
"Nastoyashcheye vremya" nın yazdığına görə, mətndə vurğulanır ki, Rusiya rəhbərliyi “Ukraynaya hücum edib onu işğal edib-etməməyi düşünür”.
Xarici işlər naziri Liz Truss bu məlumatın mənbəyini açıqlamayıb. Britaniyanın "The Daily Mail" qəzeti isə yazır ki, Kremlin planları Mİ6 kəşfiyyat xidmətinə məlum olub.
Mümkün namizədlərdən biri Ali Radanın keçmiş deputatı və Regionlar Partiyasının keçmiş üzvü Yevgeni Muraevdir. Xarici İşlər Nazirliyinin bəyanatında həmçinin deyilir ki, Rusiya kəşfiyyatı Ukraynanın bir neçə böyük siyasətçisi ilə əlaqə saxlayır. Məlumatda keçmiş baş nazir Nikolay Azarov, keçmiş baş nazirin müavinləri Sergey Arbuzov və Andrey Klyuev, Milli Təhlükəsizlik və Müdafiə Şurasının keçmiş katibinin müavini Vladimir Sivkoviçin adları çəkilir.
Liz Truss Rusiyanı gərginliyi azaltmağa və Ukraynada "təcavüz kampaniyasına" və dezinformasiyaya son qoymağa çağırıb.
Rusiya Xarici İşlər Nazirliyi isə Böyük Britaniyanı dezinformasiya yaymaqda ittiham edir.
Nazirliyin rəsmi teleqram kanalındakı mətndə qurum britaniyalı həmkarlarını “cəfəngiyyatı dayandırmağa" çağırır.
Böyük Britaniya Xarici İşlər Nazirliyinin press-relizində Ukraynaya başçılıq etmək üçün mümkün rusiyapərəst namizəd adlandırılan Yevgeni Muraev Strana.ua-ya verdiyi şərhdə Kremlin planlarına aidiyyəti olmadığını bildirib.
"2018-ci ildən Medvedçukla münaqişəyə görə Rusiya sanksiyaları altındayam. Ailəmin var-dövlətinə orada həbs qoyulub. Britaniya kəşfiyyat xidmətləri və Xarici İşlər Nazirliyi hesab edirlər ki, guya Rusiya məni "işğal hökuməti"nin başçısı təyin edəcək"-bu sual mister Binədir”.
Buna da bax: Xankəndindən xəstə helikopterlə Yerevana aparılıb-Azərbaycanın razılığından sonra2021-ci ilin payızından Rusiyanın Ukraynaya hərbi hücumu ehtimalı müzakirə olunur. Mətbuatda Rusiyanın Ukrayna sərhədinə qoşun çəkməsi və mümkün işğal planları barədə yazılır.
ABŞ və Avropa ölkələri Rusiya qoşunlarının sərhədi keçəcəyi təqdirdə sərt sanksiyalar tətbiq etməyə hazır olduqlarını bildiriblər.
Moskva isə hərbi əməliyyata hazırlığı inkar edir və qoşunların hərəkətini təlimlər kimi izah edir.
Buna da bax: Alman admiral Putinin Ukraynaya təzyiqini 'gözlənilən hörmətlə' əlaqələndirib və istefa verib