Rusiya-Ukrayna gərginliyi fonunda Böyük Britaniya Şərqi Avropaya “böyük” hərbi qüvvə yerləşdirməyi planlaşdırır.
Bu barədə Baş Nazir Boris Conson yanvarın 29-da etdiyi açıqlamasında deyib. O bildirib ki, Britaniya Rusiyanın Ukraynaya qarşı “düşmənçiliyinə” qarşı çıxmaq üçün Şərqi Avropada “böyük” qoşun, döyüş gəmiləri və qırıcı təyyarələr yerləşdirməyi nəzərdən keçirir.
Consonun sözlərinə görə, "bu paket Kremlə aydın mesaj verəcək: Biz onların sabitliyi pozan fəaliyyətinə dözməyəcəyik və Rusiyanın düşmənçiliyi qarşısında həmişə NATO müttəfiqlərimizin yanında olacağıq"- Baş Nazir vurğulayıb.
Buna da bax: Zelenskidən dünya liderlərinə çağırışNATO üzvləri Ukraynaya əlavə dəstək vədlərini artırmaqdadılar. Yanvarın 29-da Fransa da Rumıniyaya yüzlərlə hərbçi göndərmək planlarını açıqlayıb.
Bu, Amerika Birləşmiş Ştatların tezliklə az sayda ABŞ əsgərini Şərqi Avropadakı NATO ölkələrinə köçürəcəyini və daha minlərlə əsgəri gözləmə vəziyyətinə gətirdiyini bildirməsindən bir gün sonra baş verib. Birləşmiş Ştatların artıq Qərbi Avropada on minlərlə əsgəri var.