Hökumət büdcə artıqlığını 2 ildən sonraya proqnozlaşdırır

Büdcə

Hökumət icmal büdcədə profisiti (büdcə artıqlığı) 3 ildən sonraya proqnozlaşdırır.

Maliyyə Nazirliyinin büdcə təqdimatında deyilir ki, ortamüddətli büdcə proqnozlarına əsasən, 2017 və 2018-ci illərdə icmal büdcənin kəsiri azalacaq, 2019-cu ildən etibarən isə profisitli büdcə olacaq.

Buna da bax-Dövlət büdcəsi azalır

Təqdimatlarda qeyd olunur ki, büdcə proqnozlarına əsasən, dövlət və icmal büdcənin neft gəlirlərindən asılılığının azaldılması siyasəti davam etdiriləcək. Proqnozlara əsasən, 2020-ci ildən başlayaraq dövlət büdcəsinin cari xərclərinin qeyri-neft gəlirləri hesabına ödənilməsi hədəflənir. «Həmçinin, 2020-ci ildə Dövlət Neft Fondunun gəlirləri nəzərə alınmadan hesablanmış icmal büdcə kəsirinin ÜDM-in cəmi 6.9%-ni təşkil edəcəyi proqnozlaşdırılır».

2017-ci ildə icmal büdcənin gəlirləri 19 milyard 720.7 milyon manat, xərcləri isə 20 milyard 967.2 milyon manat proqnozlaşdırılır.