Yaxın iki ildə qəbul və buraxılış imtahanları birləşdirilə bilər.
APA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.
“Bu məsələ müzakirə mövzusudur. 2 il ərzində bu imtahanların çox yığcam və rahat bir modelinin ictimaiyyətə təqdim edilməsi nəzərdə tutulub”, M.Abbaszadə bildirib.
Azərbaycanda buraxılış və qəbul imtahanları ayrı-ayrılıqda, fəqli zamanlarda keçirilir.