Mayda Çinin Rusiyadan idxal etdiyi neftin həcmi bir il öncəylə müqayisədə 50 faizdən çox artıb. Qərb ölkələri Ukraynaya səbəbsiz təcavüzlə bağlı Rusiyanı cəzalandırmaq məqsədilə yanacaq və digər sanksiyalar tətbiq edəndən ikitərəfli ticarət yüksəlir.
Çinin Vergi Administrasiyasının datasına görə, dünyanın ikinci böyük iqtisadiyyatı Rusiyadan 8.4 milyon tondan çox neft idxal edib. Bu isə 2021-ci ilin mayı ilə müqayisədə 55 faiz çoxdur.
Beləliklə, Rusiya Çinin əsas neft mənbəyinə çevrilərək Səudiyyə Ərəbistanını ötüb.
Buna da bax: Buğdanın 750 faiz bahalandığı ölkələr var
“Bloomberg News” Çinin neft alışında rekord vurduğunu yazır.
Prezident Si Tsinpinqlə Putin 2022-ci ilin fevralında Pekində Qış Olimpiya oyunları öncəsi görüşüblər. Çin Rusiyanın işğalını açıq şəkildə pisləməyib.
Bir sıra Qərb ölkələri Rusiya idxalından imtina edib. Bu arada Çin iqtisadiyyatı koronavirus qadağalarından dolayı səngiyir. İki illik pandemiya dövrünün ən böyük yoluxma sayını yaşayan Çin müəyyən məhdudiyyətlər tətbiq edir.