Rusiya Prezidenti Vladimir Putinin dayanıqlı inkişaf məsələləri üzrə xüsusi təmsilçisi Anatoli Çubaysın istefa verərək ölkədən getdiyi bildirilir. Bu haqda “Reuters” və “Bloomberg” mənbələrə istinadla xəbər verirlər.
Anonimlik şərtilə danışan mənbə “Reuters”ə ÇUbaysın ölkəyə qayıtmaq fikri olmadığını deyib
Çubays Rusiyanın Ukraynaya qarşı müharibəsi başlayandan istefa verən ən yüksək rütbəli vəzifəlidir.
Buna da bax: Zelenski BMT-də islahatlar gərəkdiyini deyir“Bloomberg” vəziyyətdən agah iki nəfərə istinadla Çubaysın Putinin Ukrayna müharibəsinə qarşı çıxdığını yazır.
66 yaşlı Çubays 1990-cı illərin iqtisadi islahatçılarından biridir, Putin hökumətində qalaraq Qərb rəsmiləri ilə də əlaqələrini saxlayıb.
Kremlin sözçüsü Dmitri Peskovdan hələlik, məsələyə münasibət almaq mümkün olmayıb.
Sizin brauzer HTML5-i dəstəkləmir
Putini dəstəkləyirdi
Rusiyada 1990-cı illərin özəlləşdirmə prosesinin memarı kimi tanınan Çubays Putini Kremldə ilk dəfə işlə təmin edib, həmin onilliyin sonunda onun hakimiyyətə yüksəlişini dəstəkləyib. Putinin hakimiyyəti dövründə Çubays böyük dövlət şirkətlərində yüksək vəzifələr tutub. Ötən ilsə Putinin dayanıqlı inkişaf üzrə elçisi təyin edilib.
Müharibə başlayandan hökumət işğala qarşı çıxanlara təzyiqi artırıb. Kreml “müharibə” sözünü yasaqlayıb, “xüsusi əməliyyat” termini işlədir. Putin martın 16-da xəbərdarlıq edib ki, Rusiya “satqınlar”dan təmizlənəcək.
Buna da bax: Kremlin 'Z' brendi və svastikaÖtən həftə Arkadi Dvorkoviç dövlətin dəstəklədiyi “Skolkovo” texnologiya fondunun rəhbərliyindən istefa verib. O, Dmitri Medvedevin prezidentliyi dövründə onun iqtisadi müşaviri, 2018-ci iləcən baş nazirin müavini olub.
Beynəlxalq Şahmat Federasiyasının prezidenti olan Dvorkoviç Rusiyanın Ukraynanı işğal etməsini pisləmişdi.