ABŞ kəşfiyyatında Çin rəhbərliyinin Rusiyaya Ukraynadakı müharibədə istifadə üçün silah vermək imkanını ciddi şəkildə nəzərdən keçirdiyinə dair sübutlar var.
Bunu Amerika Birləşmiş Ştatlarının (ABŞ) Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) Direktoru Uilyam Börns (William Burns) "CBS News"-a müsahibəsində deyib.
Amma Börns Pekinin hələ yekun qərar qəbul etmədiyini bildirib.
Börnsə görə, Çinin artıq Rusiyaya silah tədarük etdiyinə dair ABŞ-da heç bir sübut yoxdur. MKİ direktorunun dediyi kimi, Amerika rəhbərliyinin bu yaxınlarda bu mövzunu gündəmə gətirməsi Çini silah tədarükdən imtina etməyə inandırmaq məqsədi daşıyır.
CNN: Çin Rusiyaya təkcə dron deyil, döyüş sursatları da verə bilər...
Çin Ukraynaya qarşı müharibə aparan Rusiyanı təkcə pilotsuz aparatlarla deyil, həm də döyüş sursatları ilə təmin etməyi düşünür.
Bu barədə ABŞ kəşfiyyat məlumatları ilə tanış olunduğunu bildirən CNN məlumat yayıb. Məlumatda vurğulanır ki, hazırda Moskva ilə Pekin tədarükün qiyməti və həcmi ilə bağlı danışıqlar aparır.
Sizin brauzer HTML5-i dəstəkləmir
Amerikanın “The Wall Street Journal” nəşri də Çinin Rusiyaya hərbi yardım göstərmək niyyətindən yazır.
Almaniyanın “Der Spiegel” jurnalı yazır ki, yüzə yaxın kamikadze dron istehsal olunaraq aprelin əvvəlində Rusiyaya təhvil verilməlidir.
Çin dəfələrlə neytral olduğunu və münaqişə zonalarına silah satmadığını bəyan edib.
O da vurğulanır ki, ABŞ Dövlət Departamenti Çinin Rusiyaya öldürücü silahların tədarükü halında Vaşinqton və Pekin ikitərəfli münasibətlər üçün real nəticələr barədə xəbərdar edib.
Bundan əlavə, şənbə günü avtoritar Belarus avtoritar lideri Alyaksandr Lukaşenkanın saytında onun fevralın 28-dən martın 2-dək Pekinə səfəri ilə bağlı rəsmi məlumat dərc olunub.
Buna da bax: Müharibə Azərbaycanla Ukrayna arasında ticarət dövriyyəsini kəskin azaldıbMəlumatda Belarus ərazisinin Rusiya hərbçiləri tərəfindən Ukraynaya qarşı döyüş əməliyyatlarında istifadə olunduğu vurğulanır, amma o da bildirilir ki, müharibənini ilk həftələri ilə müqayisədə bu fəaliyyət çox az aktivdir.
Lukaşenka bəyan edib ki, Minsk öz qoşunlarını Ukrayna ərazisinə göndərmək fikrində deyil və Belarus ordusu yalnız Kiyevdən təcavüz olacağı təqdirdə müharibəyə qoşulacaq.
Qərb ölkələri və Ukrayna kəşfiyyatı hesab edir ki, Belarus ərazisindən hücum mümkün olsa da, indiki vəziyyətdə bu reallığa o qədər də yaxın deyil.
Buna da bax: Qərb Çinin sülh təklif etmək haqqı olduğuna inanmırFevralın 24-də Rusiyanın Ukraynaya hərbi təcavüzünün bir ili tamam olub.
Zelenski Çin prezidenti ilə görüşmək istəyir
Ukrayna prezidenti Volodimir Zelenski Çin prezidentilə ölkəsinin Ukraynada müharibəyə son qoymağa yönəlmiş atəşkəs təklifini müzakirə etmək üçün görüşməyi planlaşdırdığını bildirib. O, belə bir görüşün “dünya təhlükəsizliyi üçün vacib” olacağını deyib.
Rusiyanın Ukraynaya səbəbsiz işğalının birinci ildönümündə danışan Zelenski Çinin atəşkəs təklifinin bəzi elementlərini alqışlayıb, lakin bunun konkret plan olmadığını bildirib. Beləki Çinin “siyasi nizamlanma”ya çağıran 12 bəndlik sənədi Rusiyanı Ukraynanı tərk etməyə çağırmır.
ABŞ prezidenti Co Bayden Çinin Ukraynada sülhməramlı rolunu oynaması fikrinin “rasional” olmadığı fikirini səsləndirib.
Bayden fevralın 24-də ABC News-a deyib ki, “mən planda başqalarının xeyrinə olacaq bir şeyin olduğunu göstərən heç nə görməmişəm..."
2022-ci il fevralın 24-də Ukraynaya hücum edən Rusiya bu ölkənin çoxsaylı çəhər, qəsəbə və digər yaşayış məntəqələrini dağıdıb. Minlərlə insan həlak olub, evlərindən didərgin düşüb, ölkəni tərk etmək məcburiyyətində qalıb.
Ukraynaya təcavüzünə görə, ABŞ və Avropa ölkələri Rusiyaya qarşı genişmiqyaslı sanksiyalar tətbiq ediblər.