Dekabrın 24-ü gecə saatlarında Ermənistanın Gümrü şəhərində yerli polisə qətl hadisəsinin baş verməsi haqqında məlumat daxil olub.
Azatutyun-un yerli polisə istinadla verdiyi məlumata görə, elə həmin gün Şaumyan küçəsindəki evlərinin birinin yanında qətl törətməkdə şübhəli bilinən 20 yaşlı gənc saxlanılb və polis bölməsinə aparılıb.
Polisin məlumatına görə, gənc bölmədə dekabrın 23-ü saat 20:00 radələrində mübahisə zəmnində kirayə mənzildə öz rəfiqəsini boğaraq öldürdüyünü etiraf edib.
Məlumatda qeyd olunur ki, 37 yaşlı qadının cəsədi göstərilən ünvandakı mənzilin qonaq otağında tapılıb və toplanmış matreallar istintaq orqanına verilib.
"Bəzi məlumatlara görə, Gümrüdə yerləşən 102-ci Rusiya hərbi bazasının əsgəri qətldə şübhəli bilinir" - məlumatda deyilir.
Bu 102-ci bazadakı Rusiya hərbçilərinin Ermənistanda qətl törətməsi ilə bağlı yayılan ilk məlumat deyil.
Beləki bundan əvvəl də Ermənistanda baş verən bir-neçə qətl hadisəsində Rusiya hərbçilərinin adları hallanıb.
İlk belə hadisə 2015-ci ildə baş verib. Rusiya Gümrüdəki 102 saylı hərbi bazasının əsgəri Valery Permyakob 2015-ci il yanvarın 12-də Avetisyanlar ailəsinin 7 üzvünü avtomat silahla qətlə yetirib.
Buna da bax: Ermənistanda ömürlük həbs cəzası alan Valery Permyakov Rusiyaya verildiPermyakov 2015-ci ilin avqustunda keçirilən məhkəmə prosesində qətl törətdiyini etiraf edib, amma ifadə verməkdən imtina edib.
Rusiyanın Hərbi Qarnizon məhkəməsi fərrariliyə görə Permyakovu 10 il azadlıqdan məhrum edib.
Ölümlə bağlı məhkəmə işini isə Ermənistan tərəfi aparıb və 2016-cı il avqustun 23-də hərbçiyə ömürlük həbs cəzası kəsilib. Bir müddət sonra Valery Permyakov Rusiyaya təhvil verilib.
Bundan başqa 2019-cu ilin dekabrında Gümrüdəki 102 saylı hərbi bazada 23 yaşlı hərbçi Andrei Razgildeyev 57 yaşlı süpürgəçi Julieta Ghazarianı qətlə yetirib.
Buna da bax: Ermənistandakı Rusiya bazasının əsgərini məhkəməyə gətirmədilərRusiya tərəfi həmin hərçini Ermənistan hüquq-mühafizə orqanlarına verməkdən imtina edib.
Bildirlib ki, müttəhim Rusiya Federasiyasının 102 nömrəli hərbi bazasının ərazisində həbs edilib. Buna görə də onun bu bazanın ərazisindən çıxarılması Rusiya Federasiyasının qanunlarına ziddir.
Hər iki qətillə bağlı Gümrü və Ermənistanın bir sıra bölgələrində etirazlar keçirilib.
Rusiya hərbçilərinin 1999-cu ildən indiyə qədər Ermənistanda 10-dan çox vətəndaşı qətlə yetirdiyi bildirilir.
Ermənistanın Gümrü şəhərindəki 102 saylı hərbi bazası Rusiya Müdafiə Nazirliyinin direktivi ilə 1994-cü ilin sentyabrında keçmiş SSRİ Silahlı Qüvvələrinin 7-ci ordusunun 127-ci motoatıcı diviziyasının bazasında yaradılıb.