İsveçrənin Davos kurort şəhərində keçiriləcək Dünya İqtisadi Forumun üzbəüz toplantıları COVID-19-un omikron ştammının yayılması səbəbindən təxirə salınıb.
“İllik toplantının 2022-ci il 17-21 yanvar tarixlərində İsveçrənin Davos-Klosters şəhərində keçirilməsi planlaşdırılırdı. Forum yayın əvvəlinə keçirilib”, – təşkilatçılar dekabrın 20-də onlayn bəyanatda bildiriblər.
Bəyanata görə, iştirakçılar qlobal liderlərin iştirakıyla onlayn iclaslara qatılacaqlar.
“İclasın sərt səhiyyə protokollarına baxmayaraq, omikronun yayılması və onun səyahətə və çevikliyə təsiri bu təxirəsalmanı vacib edib”, – təşkilatçılar bildirir.
Sonuncu dəfə Davos üzbəüz formatda 2020-ci ilin yanvarında keçirilib. Bundan sonra Qərbi Avropada yoluxmalar artdı. Builki forum isə yanvarda onlayn keçirilib.