Dəm qazından bir nəfərin öldüyü, iki nəfərin zəhərləndiyi deyilir

infographika

Dekabrın 4-də Gəncədə 49 yaşlı qadın hamamda ölüb

APA-nın xəbərinə görə, Flora Haçıyevanındəm qazından boğularaq öldüyü ehtimal olunur. Ancaq ölümün dəqiq səbəbi ekspertizadan sonra məlum olacaq.

Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Dəm qazı ilə bağlı daha bir olay Hacıqabulda qeydə alınıb.

9 və 7 yaşlı bacı-qardaş evlərində dəm qazından zəhərlənmə diaqnozu ilə Hacıqabul Rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdiriliblər. Onların hansı şəraitdə zəhərlənməsi ilə bağlı məlumat verilmir.