ABŞ-ın təşəbbüsü ilə təşkil olunan iki günlük Demokratiya Sammiti başa çatıb.
Koronavirus pandemiyası səbəbindən sözügedən sammit virtual rejimdə keçirilib.
Amerikanın Səsinin yazdığına görə, forum ABŞ-ın demokratik dünyanın lideri kimi ənənəvi rolunu canlandırmaq cəhdində üzləşdiyi çətinlikləri üzə çıxarıb.
Ağ Evin rəhbəri onlarla ölkənin liderləri, qeyri-hökumət və xeyriyyə təşkilatlarının nümayəndələri qarşısında yekun nitqində deyib ki, demokratiya “hər hansı sərhəd tanımır”.
Co Bayden deyib ki,, Birləşmiş Ştatlar demokratik dəyərləri bölüşən hər kəslə işləməyə sadiqdir.
Birləşmiş Ştatlar “öz xalqına nəfəs almaq azadlığı verənləri və onları tiranlıqla boğmağa çalışmayanları” dəstəkləyəcək.
Buna da bax: Demokratiyada geriləmə xəbərdarlığıABŞ prezidenti bir neçə dəfə vurğulayıb ki, dünya avtokratik rejimlərlə demokratik dövlətlər arasında mübarizədə “dönüş nöqtəsinə” çatıb.
Virtual sammitin ilk günündə ABŞ prezidenti bütün dünyada mətbuat azadlığına, ədalətli seçkilərə və antikorrupsiya kampaniyalarına dəstək üçün 424 milyon dollar vəd edib.
Ağ Evin təşkil etdiyi bu sammitdə Çin və Rusiya iştirakçılar siyahısına daxil edilməyib. (Cənibi Qafqazdan bu sammitə Gürcüstan və Ermənistan dəvət edilsə də Azərbaycan bu siyahıda olmayıb) Demokratiya sammitinə dəvətli olmayan Moskva və Pekin Bayden administrasiyasını Soyuq Müharibə tərzində ideoloji parçalanmaları qızışdırmaqda ittiham edib.
Radionun yazdığına görə, Bayden virtual forumu idarə edən zaman ABŞ-ın əsas geosiyasi rəqibi Çin sammiti istehzalı təbliğatla, o cümlədən internetdə ingilis dilində hip-hop musiqisi videosunu yerləşdirməklə trollayib. Beləki orada deyilirmiş ki, amerikalılar "Coca-Cola satdıqları kimi demokratiyanı da satırlar".
Buna da bax: Demokratiya Sammiti kimləri narazı salıb – Qərb mediası