Son məlumatlara görə, raketin düşdüyü binada ən azı 20 nəfər həlak olub. Onlardan biri 15 yaşlı qızdır. Dağıntılar altından uşaqlar da olmaqla 40-a yaxın yaralının çıxarıldığı və hələ də 30-dan çox bina sakini itkin düşdüyü bildirilir.
Şəhərdə 3 günlkü matəm elan edilib.
Ukrayna mənbələri bildirirlər ki, Dneprdəki zərbə Rusiyanın Ukrayna ərazisinə kütləvi raket hücumu zamanı həyata keçirilib və bu zaman onlarla müxtəlif tipli raketlər atılıb.
Ukrayna Hərbi Hava Qüvvələrinin məlumatına görə, uzun mənzilli bombardmançı təyyarədən X-22 raketi Dneprdəki evə atılıb. Hərbi Hava Qüvvələrinin sözçüsü bildirib ki, raket dənizdə təyyarədaşıyan zərbə qruplarına qarşı döyüşmək üçün nəzərdə tutulub.
Buna da bax: Putinin komandanları dəyişməsi: hərbi zərurət, yoxsa saray çəkişməsi?Ukrayna Prezident Aparatının müşaviri Aleksey Arestoviç daha əvvəl bildirib ki, Rusiyaya məxsus X-22 raketi Ukraynanın hava hücumundan müdafiəsi vasitələri tərəfindən vurulub və o, Dneprdə evin üzərinə düşüb, sonra partlayıb.
Onun bu sözləri dərhal Rusiya mediası və teleqram kanalları tərəfindən sitat gətirilməyə başlanılıb, insanların ölümündə Ukraynanın özünün günahı barədə şərhlər yazılıb.
Ukrayna Hərbi Hava Qüvvələrinin komandiri Nikolay Oleşçuk bildirib ki, heç bir şübhə yoxdur ki, məhz X-22 raketi şəhərə – Rusiyanın Kursk vilayəti üzərindəki hava məkanından atılıb.
Oleşçukun sözlərinə görə, "Ukrayna Silahlı Qüvvələrinin bu tip raketləri vurmağa qadir olan atıcı silahları yoxdur. Rusiyanın hərbi təcavüzü başlayandan indiyədək Ukrayna ərazisinə bu tipli 210-dan çox raket atılıb. Biri hava hücumundan müdafiə sistemləri tərəfindən vuruldu."
Ukraynada Arestoviçin sözləri bir çox şərhçilər, o cümlədən Dnepr meri Boris Filatov tərəfindən tənqid edilib. O bildirib ki, raket hava hücumundan müdafiə vasitəsi ilə vurulsa belə, bu, heç nəyi dəyişmir və Rusiya hələ də insanların ölümünə görə məsuliyyət daşıyır.
Vilayət administrasiyasının rəhbəri Valentin Rezniçenkonun açıqlamasına görə, Rusiya ordusunun atdığı raket 9 mərtəbəli yaşayış binasınıngirişini dağıdıb. "...Artıq xəstəxanalarda ikisi uşaq olmaqla 18 yaralı var. Dağılmış evin dağıntıları altında hələ də insanlar var. Xilasetmə əməliyyatı davam edir”.
Buna da bax: NATO kəşfiyyat təyyarələrini Ukraynanın qonşuluğuna köçürürUkraynanın xarici işlər naziri Dmitri Kuleba Qərbi - Rusiyanın Dneprdəki yaşayış binasına zərbəsindən sonra - Rusiyanın raket və dron istehsalını "öldürəcək" sanksiyalar tətbiq etməyə çağırıb:
"Hər bir raket zərbəsi Rusiyanın ehtiyatlarını daha da tükəndirir, lakin onlar hələ də yeni raketlər istehsal etmək iqtidarındadırlar. Biz onların raket və dron istehsalını kütləvi yeni sanksiyalarla öldürə bilərik və etməliyik. "Böyük yeddilər"i və Avropa İttifaqını ləngimədən Ukraynanın təkliflərinə uyğun sanksiyalar tətbiq etməyə çağırıram" -ukraynalı nazir tvitter hesabında yazıb.
Ukraynadan yayılan məlumatlara görə, Dneprdən başqa Rusiya Ukraynanın digər şəhərlərinə də raket zərbələri endirib.
Xarkovda əksər rayonların işıqsız qaldığı, metronun fəaliyyətinin dayandırıldığı bildirilir. Lvovda da kritik bir infrastruktur obyektində zərbə endirildiyi barədə məlumatlar var.
Kiyevdə hava hücumundan müdafiə sisteminin aktiv olduğu bildirilir.
Buna da bax: Rusiya Soledarı tutduğunu, Ukrayna döyüşlərin getdiyini bildirirSon günlər Ukraynanın Solidar şəhəri uğrundə Ukrayna hərbi qüvvələri ilə Rusiyanın "Vaqner" hərbi birləşmələri arasında şiddətli döyüşlərin getdiyi barədə məlumatlar yayılır. Rusiya müdafiə nazirliyi şəhəri tutduğunu bildirsə də Kiyev bu məlumatları təsdiq etmir, şəhər uğrunda döyüşlərin davam etdiyini bildirir.
Rusiya 2022-ci ilin fevralında Ukraynaya təcavüz edib. Hələ də davam edən müharibədə Ukraynanın çox sayda yaşayış məntəqələri, infrastruktur obyektləri dağıdılıb, minlərlə insan həlak olub və öz evlərindən didərgin düşüb.