Azərbaycanda terror aktı törətməyi planlaşdıran xarici ölkə vətəndaşının saxlanıldığı bildirilir. Bu barədə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) məlumat yayıb.
Məlumatda deyilir ki, Əfqanıstan vətəndaşı Favzan Musa Xan digər şəxslərlə qabaqcadan əlbir olaraq Azərbaycanda terror aktı törətməyi planlaşdırıb. Onun Bakıda üçüncü dövlətin səfirliyinin binası ətrafında müşahidə apardığı, məqsədinin ərazinin koordinatlarını müəyyənləşdirmək olduğu bildirilir. Şübhəlinin terror aktına digər şəxslərin cəlbi, odlu silah və partlayıcı maddələrin əldə edilməsi, buna görə maliyyə dəstəyinin alınması üçün digər şəxslərlə sövdələşdiyi qeyd olunur.
Məsələ ilə bağlı Favzan Musa Xanın və onun vəkillərinin münasibətini öyrənmək mümkün olmayıb.