1,5 milyon dollar büdcədən yayındırılıb?

►Rəsmi statistikatya görə, ötən il əvvəlki illə müqayisədə Azərbaycana 2 dəfə az ədviyyat gətirilib

2015-ci ildə xaricdən Azərbaycana 522,5 ton istiot, mixək, darçın, sarıkök və s. ədviyyat gətirilib.

Rəsmi statistikaya görə, əvvəlki illə müqayisədə idxal təxminən 2 dəfə azalıb.

Bir dollar verib 1 kq mixək al?

Azərbaycan gömrüyü (DGK) 2014-ci ildə bir kiloqram ədviyyatın orta hesabla 1 ABŞ dollarına rəsmiləşdirildiyini bildirib.

Elə həmin il pərakəndə bazarda əsas ədviyyat çeşidlərinin 100 qramının qiyməti 1 manat 60 qəpiklə 3 manat 60 qəpik arasında dəyişib. Ötən il manat dəyər itirdiyindən sözügedən qiymətlər yüksəlib (1 manat 70 qəpikdən 4 man. 45 qəpiyədək).

AzadlıqRadiosunun araşdırmaları ədviyyatın, əsasən, Türkiyədən gətirildiyini müəyyənləşdirib. Ötən il xaricdən satın alınan ədviyyatın 70 faizindən çoxu (372,3 ton) bu ölkənin payına düşüb.

1,5 milyon dollar büdcədən yayındırılıb?

Bir çox ərzaq mallarının Azərbaycana idxalına dair “güzgü statistikasında” əks olunan məlumatlar kimi, ədviyyatın gətirilməsi ilə bağlı məlumatlarda da kəskin fərqlər var.

__________________________________________________________

Bunlara da bax:

____________________________________________________________

Söhbət malın gömrük dəyərinin bir neçə dəfə azaldılmasından gedir. Bunun təşəbbüskarının idxalçı, yoxsa gömrük məmuru olması barədə fikirlər haçalanır, amma istənilən halda itirən dövlət büdcəsidir. Təxmini hesablamalara görə, təkcə gömrük vergi və rüsumlarından yayınma 1,5 milyon dollardır.

BMT-nin beynəlxalq ticarətə dair məlumat bazasında əks olunan bilgilərə görə, 2014-cü ildə xarici ölkələr Azərbaycana 894 min 322 kq ədviyyat göndərib. Buraya cəmi 14 ölkənin məlumatları daxildir.

Bir çox Asiya ölkəsinin (məsələn, İranın) ixrac məlumatları isə buraya daxil deyil. İxracatçı ölkələrin sənədlərində Azərbaycana 4 milyon 737,3 min dollar dəyərində ədviyyat göndərildiyi deyilir. Bu, Azərbaycanda bəyan olunan qiymətləri 5 dəfədən çox aşır. Başqa sözlə, yerli gömrükdə qiymətlər bir o qədər aşağı göstərilir.

Türkiyədə 1 kq ədva 6 dollar 70 sentə, Azərbaycanda 85 sentə?

Türkiyə Gömrüyünün məlumatlarında 2014-cü ildə Azərbaycana 1,9 milyon dollar dəyərində ədviyyat ixrac olunduğu bildirilir. Bir kiloqram malın satış qiyməti, orta hesabla, 6,7 dollar olub. Türkiyədən gətirilən ədviyyat Azərbaycan sərhədindən 0,85 dollara keçib.

Azərbaycanın xarici ticarətini araşdıran əksər yerli ekspertlər bu addımın gömrük vergi və rüsumlarında yayınmaq məqsədi daşıdığını deyirlər. DGK-da bu fikirlə razılaşmırlar.

AzadlıqRadiosu məsələ ilə bağlı DGK-nın mövqeyini öyrənməyə çalışıb. Komitə məsələyə münasibət bildirəcəyinə söz verib.

Buna da bax: İpotekalı mənzil alaq, ya almayaq?

Sizin brauzer HTML5-i dəstəkləmir

İpoteka şərtləri çətinləşir