“Amnesty International” insan haqları təşkilatı İran və Türkiyə qüvvələrini sərhədi keçmək istəyən əfqanları “dəfələrlə” geri oturtmaqda, təhlükəsizlik əldə etmək istəyən kişi, qadın və uşaqlara atəş açmaqda ittiham edir.
Londonda yerləşən qurum avqustun 31-də yaydığı yeni hesabatında qeyd edir ki, İrana və Türkiyəyə keçən əfqanlar saxlanır, işgəncəyə məruz qalır, daha sonra zorla Əfqanıstana qaytarılır. Baxmayaraq ki, bu ölkədə insan haqlarının vəziyyəti yaxşı deyil.
Buna da bax: Ukraynalı qaçqınlar Praqada. 'Bizə deyirlər ki, özümüzə ev tapaq'Amnesty İran təhlükəsizlik qüvvələrinin 11, Türkiyənin isə üç əfqanı qətlə yetirdiyini sənədləşdirdiyini bildirir.
Təşkilatın bildirdiyinə görə, öldürülənlərin heç biri təhlükəsizlik qüvvələri, yaxud başqalarına “ölüm və ya ciddi xəsarət təhdidi” yaratmadığını bildirir. Beynəlxalq qanunlar yalnız belə təhdid halında odlu silahdan istifadəyə icazə verir.
Buna da bax: Rusiyanın hərbi təcavüzü nəticəsində Ukraynada 3 mindən çox uşaq valideynsiz qalıbOnlarla əfqan öldürülüb, yaxud yaralanıb
“İran təhlükəsizlik qüvvələrinin ötən avqustdan bəri onlarla əfqanı qanunsuz öldürməsi, yaxud yaralamasını, o cümlədən içi dolu maşınlara dəfələrlə atəş açmasını sənədləşdirmişik. Türkiyə sərhədçiləri də əfqanlara qarşı odlu silahdan istifadə edib, adamları dağıtmaq üçün havaya, bəzi hallarda onlara atəş açıb”, – qurumun qaçqınlar və miqrantların hüquqları üzrə tədqiqatçısı Mari Forestyer deyib.
İnsan haqları qrupu Türkiyə və İran hakimiyyətini əfqanların geri göndərilməsi və deportasiyasını, onlara işgəncə verilməsi və digər pis rəftarı dərhal dayandırmağa, qoruma istəyən əfqanların hamısı üçün təhlükəsiz keçid, sığınacaq prosedurlarına çıxış təmin etməyə çağırıb.
Amnesty International sərhədlərdə əfqanlara qarşı odlu silahdan qanunsuz istifadəni dərhal dayandırmağa, insan haqları pozuntuları, o cümlədən qanunsuz qətl və işgəncəyə yol verənləri məsuliyyətə cəlb etməyə çağırır.
Buna da bax: Talibanın hakimiyyətdə bir ili: hansı fraksiya söz sahibidirDigər ölkələrə çağırış
Qurum həmçinin bütün ölkələri əfqanları təkcə Əfqanıstana deyil, Türkiyə və İrana da zorla qaytarmamağa səsləyir, çünki həmin ölkələr əfqanları Əfqanıstana deportasiya edə bilərlər.
2021-ci ilin avqustunda Əfqanıstanda hakimiyyəti ələ keçirmiş Taliban qruplaşması ciddi insan haqları pozuntularında, özəlliklə də qadınların hüquqlarını pozmaqda ittiham olunur.
Ötən aylar ərzində yüzminlərlə əfqan ölkəsini tərk edib.
BMT-nin Qaçqınlar üzrə agentliyi dünyada qeydiyyata alınmış 2.6 milyon əfqan qaçqının 2.2 milyonunun İran və Pakistanda olduğunu bildirir.