Əfqanıstandan çıxmaq üçün Kabil hava limanına axın edən insan izdihamında 7 nəfər ölüb.
Britaniya hərbçilərinin məlumatına görə, hadisə Talibanın ölkəni ələ keçirməsindən sonra Əfqanıstandan qaçmağa cəhd edən əfqanların yığıldığı Kabil beynəlxalq hava liman yaxınlığında baş verib.
Müdafiə Nazirliyinin şənbə günü verdiyi açıqlamasında "yerdəki şərtlər son dərəcə çətin olsa da vəziyyəti mümkün qədər təhlükəsiz və etibarlı şəkildə idarə etmək üçün əlimizdən gələni edirik" deyə bildirilir.
Talibanın ölkə paytaxtını ələ keçirməsindən sonra Kabil beynəlxalq hava limanı Talibandan canını qurtarmaq üçün Əfqanıstandan çıxmağa çalışan minlərlə adamın sığındığı yer olub.