Əfqanıstanın Künduz şəhərindəki sünni məscidinə bomba basqını nəticəsində 33 nəfər ölüb və daha 43 nəfər yaralanıb.
Mövləvi Sekandar sufi məscidində aprelin 22-də törədilmiş bomba partalyışı son iki gündə bu şəhərdə baş vermiş ikinci partlayış idi.
Bundan bir gün əvvəl Əfqanıstan boyunca 4 məsciddə partalyış baş vermişdi.
Bütün hücumlara görə məsuliyyəti öz üzərinə ekstremist İslam Dövləti qruplaşması götürüb.
Taliban bildirir ki, o İD-i məğlub etsə də, bu qruplaşma təhlükəsizlik üçün başlıca problem olaraq qalır.
Buna da bax: Şiə məscidində partlayışda azı 11 nəfər həlak olubSufi məscidi
Lakin aprelin 22-də Künduzda törədilmiş bomba partlayışına görə məsuliyyəti heç bir təşkilat üzərinə götürməyib.
AFP agentliyi bildirir ki, bu partlayış aprelin 21-də Məzari-Şərifdəki şiə məscidində törədilmiş partlayışa bənzəyirdi.
Həmin hücumda azı 31 nəfər həlak olmuşdu.
Künduzda törədilmiş birinci partlayışda 4 nəfər həlak olub.
Bu parrtlayışları üzərinə götürən İD bildirib ki, bu hücum təşkilatın keçmiş lideri və sözçüsünün ölümünə görə qisas aktı olub.
Radikal sünnilər və radikal sünnilər sufiliyi kafirlik hesab edirlər.