Əfqanıstanda qeyri-hökumət təşkilatlarına (QHT) qadın əməkdaşların işdən uzaqlaşdırılması əmri verilib. Bu barədə “Reuters” Taliban hökumətinin İqtisadiyyat Nazirliyinin məktubuna istinadən məlumat yayıb.
Sənəddə qeyd olunur ki, qeyri-hökumət təşkilatlarının qadın əməkdaşlarınının bəziləri Talibanın başa düşdüyü kimi İslami geyim koduna əməl etmirdilər.
Buna da bax: Pakistan üzərində müharibə buludları. Talibanla atəşkəs bitibİqtisadiyyat Nazirliyinin sözçüsü Əbdülrəhman Həbib "Reuters" agentliyinə deyib ki, məktub Əfqanıstan Humanitar Yardım Koordinasiya Agentliyinə daxil olan təşkilatlara aiddir.
Bu quruma 180-dən çox yerli və beynəlxalq qeyri-hökumət təşkilatı daxildir.
Taliban Əfqanıstanda hakimiyyəti ələ alandan sonra qadınların hüquqlarına hörmətlə yanaşacağını vəd etsə də, tezliklə məhdudiyyətlər qoymağa başlayıb.
2021-ci ilin sentyabrında Taliban rejimi universitetlərdə kişi və qadınların ayrılıqda təhsil alması ilə bağlı qaydaları tətbiq edib. Taliban hökuməti hesab edir ki, bununla İslam ənənələrinə tam riayət etməyi nəzərdə tutur.
Yeni hakimiyyət 20 illik qadın işləri nazirliyini ləğv edib, qızların məktəbdə təhsil almasını məhdudlaşdırıb, qadınların idmanla məşğul olmasına qadağa qoyulub, televiziya aparıcılarının hicab taxması məcburidir.
Buna da bax: Türkiyə və Səudiyyə Talibanın qadınlara qarşı zorakılığını pisləyibDekabrın 20-də Taliban hökuməti qız tələbələrin universitetlərə girişinin dayandırılması barədə göstəriş verib.
ABŞ da daxil olmaqla xarici hökumətlər bildirirlər ki, ölkələr Taliban administrasiyasını rəsmən tanımaq barədə düşünməzdən əvvəl Taliban qadınların təhsili ilə bağlı siyasətini dəyişdirməlidir.
Taliban 2021-ci ilin avqustunda Əfqanıstanda hakimiyyəti ələ keçirib.