Yanvarın 28-də Əfqanıstan ərazisində havanın kəskin soyuması nəticəsində ən azı 166 nəfər həlak olub.
Məlumatlarda qeyd olunur ki, həmin gün güclü yağan qar, şaxtalı küləklə yanaşı havanın temperaturu -33 dərəcəyə düşüb. Bu da insan təlafatının çoxalmasına səbəb olub.
Buna da bax: Əfqanıstanda QHT-lərə qadın əməkdaşları işdən uzaqlaşdırmaq əmri verilibYardım agentlikləri soyuq havadan əvvəl xəbərdarlıq ediblər ki, Əfqanıstanın 38 milyon əhalisinin yarısından çoxu aclıqla, dörd milyona yaxın uşaq isə qida çatışmazlığından əziyyət çəkir.
Taliban 20 illik fasilədən sonra 2021-ci il avqustun 15-də Əfqanıstanda hakimiyyəti yenidən ələ keçirib.
Hakimiyyətin ələ keçirilməsindən sonra 3 ay sonra Talibanın baş naziri dünya ölkələrinə, hümanitar yardım təşkilatlarına müraciət edək yardımlarını əsirgəməməyə çağırıb.
Ölkədə artan inflyasiya, işsizlik və onsuz da kövrək olan iqtisadi böhran yaşandığını deyən nazir müraciətində taqətdən düşmüş xalqa yardım olunmasını istəyib.
Buna da bax: Talibandan müraciət: '...xahiş edirik ki, taqətdən düşmüş xalqımıza kömək etsinlər'