Əfqanıstanda qanunsuz tiryək istehsalı ötən illə müqayisədə səkkiz faiz artıb. Bu ölkə dünya üzrə qara bazarda üstünlüyünü saxlayır, 10 istifadəçidən 8-ni təmin edir.
2021-ci ildə Əfqanıstanda 6 min 800 ton tiryək istehsal olunduğu bildirilir.
Buna da bax: Dünyada tiryək çəkənlərin sayı daha çox imiş1.8- 2.7 milyard dollar gəlir
BMT-nin Narkotiklər və Cinayətkarlıqla Mübarizə İdarəsi (UNODC) noyabrın 16-da yaydığı hesabatda bu il Əfqanıstanda tiryək istehsalından 1.8 milyarddan 2.7 milyard dollara qədər gəlir əldə olunduğunu qeyd edir. Ancaq “Əfqanıstandan kənar qanunsuz narkotik təchizatı şəbəkələrindən daha böyük məbləğlər əldə olunur”, – sənəddə vurğulanır.
UNODC-nin rəqəmlərinə görə, ölkə iqtisadiyyatının 10-da biri tiryək ticarəti hesabına formalaşır.
May ayı ilə müqayisədə avqustda tiryəkin qiymətinin iki dəfə artdığı vurğulanır. Hesabat müəllifləri bunu Taliban ölkəni ələ keçirəndən sonra siyasi qeyri-müəyyənliyin artmasıyla izah edirlər.
Buna da bax: Əfqanıstandan heroin dünyaya necə yol tapırAlternativsizlik
Əfqanıstan mediası cənubi Qəndəhar vilayətində bir fermerə istinadla yazır ki, onun digər fermerlər kimi alternativi qalmadığından tiryək becərməyə keçib.
“İş yoxdur, ailələr borc içindədir, hamının gözü tiryəkdədir”, – Məhəmməd Vəli həftənin əvvəlində Tolo News-a deyib.
Talibanın başçılıq etdiyi hökumət isə tiryək becərən fermerlər üçün alternativlər tapmağa çalışdığını bildirir.
UNODC-nin hesabatında deyilir ki, 2022-ci ilin tiryək istehsalı “fermerlərin 2021-ci ilin noyabrında verəcəkləri qərarlara əsaslanacaq, onlar bu vaxt xaş-xaş səpməyə başlayırlar”.
Qurum tiryək istehsalının azaldılmasından ötrü yerli proqramları dəstəkləyəcək beynəlxalq yardımın vacibliyini qeyd edir.
Əfqanıstan dünyada ən böyük tiryək istehsalçısıdır, qlobal istehsalın 90 faizə yaxını onun payına düşür.