Elmar Məmmədyarov futbola baş vurur

Azərbaycan məmurları, o cümlədən Elmar Məmmədyarov (sağdan ikinci) futbol stadionunda.

-

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun AFFA-nın İcraiyyə Komitəsinə namizədliyi irəli sürülüb.

Elmar Məmmədyarovun namizədliyini Ümumazərbaycan Futbolsevərlərinin İctimai Birliyi irəli sürüb.

Xarici işlər naziri ilk dəfə İcraiyyə Komitəsində yer almaq üçün mübarizə aparacaq.

Nazmizədlərin adı AFFA-nın rəsmi saytında yer alıb.

Açıqlanana siyahıda biznesmen Hafiz Məmmədovla Milli Bankın sabiq sədri Cahangir Hacıyevin adı yoxdur.

____________________________________________________________

Bunlara da bax:

_____________________________________________________________


“İnter”in (Bakı) fəxri prezidenti Cahangir Hacıyev hazırda həbsdədir. Hafiz Məmmədovun prezident olduğu “Bakı” klubu isə 1-ci Divizionda çıxış edir.
AFFA-nın prezidenti vəzifəsinə isə Rövnəq Abdullayevin namizədliyi irəli sürülüb. İcraiyyə Komitəsinə 10 üzv 13 namizəd arasından seçiləcək.

İcraiyyə Komitəsinə seçki martın 11-də AFFA-nın Hesabat-Seçki Konfransında keçiriləcək.

Buna da bax...

Sizin brauzer HTML5-i dəstəkləmir

Messi kimi futbolçu olmaq istəyən qız – Aytac