Rusiya Prezidenti Vladimir Putin Elvira Nabiullinanın daha beş il müddətinə Rusiya Mərkəzi Bankına sədr təyin edilməsi üçün Dövlət Dumasına təklif göndərib.
Parlamentin aşağı palatası təklifə martın 21-də baxacaq.
Nabiullinanın beşillik sədrliyi iyunda bitir və federal qanunvericiliyə görə Putin martadək bu posta ya onun, ya da başqasının namizədliyini verməlidir.
Kremlin məlumatına görə, Putinin mərkəzi bankın işinə böyük sayğısı belə bir təkliflə nəticələnib.
58 yaşlı iqtisadçı Nabiullina 2013-cü ilin iyunundan mərkəzi banka rəhbərlik edir. 2017-ci ildə onun mandatı daha beş il uzadılıb. Nabiullina daha öncə Putinin müşaviri, ondan qabaq isə İqtisadi İnkişaf naziri olub.
Buna da bax: 'Putinin müharibəsi' – itkilər, proqnozlarNabiullina martın 18-də monetar siyasətlə bağlı bəyanat açıqlamalıdır. Həmçinin mərkəzi bankın faiz dərəcəsi üzrə qərar gözlənir. Ötən ay uçot dərəcəsi 20 faizə qaldırılıb.
Rusiya Ukraynanı işğal etməyə başlayandan sonra Qərbin sanksiyaları rublu dəyərini azaldıb. Bank fevralın 28-də faiz dərəcəsini 9.5 faizdən 20-yə qaldırıb.
Martın 18-də rublun dollara qarşı məzənnəsi 103.51, avroya qarşı 113.23 olub.