"Ölkəmizdə ali təhsil sistemində universitetlər vətəndaşların maddi gücünə uyğun ixtisas verməyə çalışırlar. Məsələn, vətəndaşın 1500 manat ödənişə gücü çatırsa, ona kompüter mühəndisi olmağı təklif edir".
AZƏRTAC-ın xəbərinə görə, bunu elm və təhsil naziri Emin Əmrullayev noyabrın 1-də Təhsilin İnkişafı Forumunda deyib.
O, belə bir sual səsləndirib: "Dünyada mühəndis hazırlamaq üçün bir nəfərə nə qədər vəsait ayrılır? Əgər biz buna diplom ticarəti kimi baxırıqsa, adı başqa şeydir".
Nazir əlavə edib ki, Azərbaycanda ali təhsil almaq istəyənlərin sayı ən azı üç dəfə artıb: "1500 manata kompüter mühəndisi oxumaq oxumamaqdan daha yaxşıdır, ən azından tələbənin bəzi bacarıqları formalaşır. Xaricdə təhsil üçün bəzən bir vətəndaşımıza 100 min dollar sərf olunur. Məsələn, mən hesablamışdım, mənim xaricdə təhsilimə 130 min dollar sərmayə qoyulmuşdu. Bu olmasaydı, mən xaricdə təhsil ala bilməzdim. Mövcud resursları düzgün və optimal paylamalıyıq".
Sizin brauzer HTML5-i dəstəkləmir