Dekabrın 1-də Ermənistan Azərbaycana 1-ci Qarabağ müharibəsində həlak olmuş 10 nəfərin nəşinin qalıqlarını və 2 xəritə təhvil verib. Xəritələrdə daha 4 nəfərin basdırıldığı mümkün yerlərin göstərildiyi bildirilir. Məlumatı Ermənistanın Milli Təhlükəsizlik Xidməti (MTX) yayıb.
Bu xəbərlə bağlı Azərbaycan tərəfdən rəsmi açıqlama verilməyib.
Buna da bax: Kəlbəcər yolunda azərbaycanlılarla ermənilər arasında dava olduğu bildirilirMTX-nın məlumatına görə, 2020-ci il noyabrın 9-dan, 2-ci Qarabağ müharibəsi əməliyyatları dayandırılandan sonra Ermənistan Azərbaycana 1-ci Qarabağ müharibəsinin 140 qurbanının nəşinin qalıqlarını və 5 xəritə verib.
Azərbaycan həmin il 44 günlük müharibə nəticəsində Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarətini bərpa edib. Laçın dəhlizinə və Qarabağda təmas xəttinə Rusiya sülhməramlı kontingenti yerləşdirilib.
Dağlıq Qarabağ münaqişəsi 1988-ci ildə Ermənistanın Azərbaycana ərazi iddiaları ilə başlayıb, iki ölkə şiddətli döyüşlərdə itki verib.