Ermənistan hökuməti qadınların orduda iştirakını hədəfləyən tamamilə yeni könüllü hərbi xidmət institutunun yaradılmasını planlaşdırır.
Bu fikirləri yanvarın 28-də ölkə ordusunun yaranma günü ilə bağlı etdiyi müraciətində Ermənistanın baş naziri Nikol Paşinyan qeyd edib.
Buna da bax: İndeks: Ukrayna ordusu İsraili keçdi, Azərbaycan 63-dən 57-yə qalxdıO, ordunun profesionallığı üçün hökumətin genişmiqyaslı addımlar atdığını vurğulayıb.
Orduda başlanan islahatlara toxuna baş nazir bundan başqa indiyə qədər ehtiyatda olan hərbçilərlə bağlı üçaylıq yığımların da 25 günə endirilməsi ilə bağlı proseslərin getdiyini bildirib.
O ordunun müasir silahlarla təchiz olunması ilə bağlı addımların da atıldığını qeyd edib.
"Ordumuzu müasir silah və texnika ilə təchiz etmək üçün tədbirlər görürük, imkan daxilində yerli istehsalçıları həvəsləndirməyə çalışırıq."-Paşinyan bildirib.
Sizin brauzer HTML5-i dəstəkləmir
Paşinyan fikirlərinə 2023-cü il üçün müdafiə büdcəsinin 2018-ci illə müqayisədə 2 dəfədən çox artırıldığını da əlavə edib.
Ordu islahatlarının elə də rəvan getmədiyi deyən Paşynyana görə, qeyri-sabit təhlükəsizlik mühiti özü ilə bəzən kobud qanun pozuntularına səbəb olan yeni hallar da gətirir.