Finlandiya mediası baş nazir Sanna Marinin Ukraynaya ABŞ istehsalı olan qırıcı təyyarələrin verilməsini müzakirə etməyə hazır olduğunu bildirib.
Martın 10-da Kiyevə səfər edən Marin bildirib ki, Helsinki 62 "Hornet" qırıcısını əvəz etmək üçün 64 müasir F-35A qırıcısı almağı planlaşdırır.
Buna da bax: Slovakiya Ukraynaya qırıcılar verilməsini istəyirBaş nazir deyib ki, "Hornet" lər Ukraynaya verilə bilər, baxmayaraq ki, o, müzakirələrin ilkin mərhələdə olduğunu qeyd edib.
Müharibə başlayandan bəri Ukrayna müttəfiqlərindən müasir qırıcı təyyarələr istəyir.
Fevralın 8-də Parisdə keçirilən danışıqlarda Ukrayna prezidenti Volodimir Zelenski Donetsk vilayətinin şərqində Rusiyanın hücumlarının qarşısını almaq üçün Fransa və Almaniyadan “mümkün qədər tez” Kiyevə təyyarələr verməyə çağırıb.
Buna da bax: Baxmutda döyüşlər davam edirRusiya 2022-ci ilin fevralında Ukraynaya hücüm edib. Hələ də davam edən davam edən müharibə nəticəsində Ukraynanın onlarla yaşayış məntəqələri dağıdılıb, yüzminlərlə insan evlərindən və ölkədən didərgin düşüb.
Son vaxtlar Ukraynanın Baxmut şəhəri uğrunda Ukrayna və Rusiya orduları arasında döyüşlər gedir.