Fransa son onilliyin ən böyük hərbi təliminə başlayır. Bu barədə media Fransanın müdafiə naziri Sebastien Lekornu-ya (Sébastien Lecornu) istinadlə məlumat yayıb.
Məlumatda bildirilir ki, 20 minə yaxın əsgər və zabitin iştirak edəcəyi “Orion 23” adlanan təlim bütün mühitlərdə - dənizdə, quruda və havada tammiqyaslı müharibəni simulyasiya edəcək.
Buna da bax: Makron: Qərb Ukraynanın qələbəsini istəyir, Rusiyanın dağılmasını yoxO da vurğulanır ki, bu təlimlərə kiberhücumlar və informasiya əməliyyatları kimi yeni hərbi aspektlər də cəlb olunacaq.
İki aydan çox davam edəcək təlimlərdə hərbi “Qriffon” zirehli texnikası, “Leclerc” tankları, hava hücumundan müdafiə sistemləri, döyüş təyyarələri, həmçinin “Şarl de Qoll” aviadaşıyıcı gəmisinin də iştirak edəcəyi bildirilir.
Dörd fazada keçiriləcək "Orion 23" hərbi təlimləri Fransanın cənubunda və Korsika adasında, daha sonra ölkənin Atlantik sahillərinə doğru ərazilərdə davam etdiriləcək.
Buna da bax: Qərb Ukraynaya ‘misli görünməmiş’ hərbi yardım vəd edirFransa Müdafiə Nazirliyinin məlumatına görə, təlimin məqsədi Fransanın "əvvəlcə əməliyyat teatrına daxil olmaq və çoxmillətli koalisiyaya rəhbərlik etmək" qabiliyyətini nümayiş etdirməkdir.
Bundan əvvəl Fransa Ukraynanı AMX-10 zirehli texnikası və "Sezar" özüyeriyən artilleriya qurğuları ilə təchiz etməyə hazır olduğunu bəyan edib.