Fuad Əhmədlinin səhhətindəki problemlər davam edir. Üstündən üç həftə keçsə də verdiyimiz vəsatətlərə də baxılmayıb.
Bunu AzadlıqRadiosuna Fuad Əhmədlinin vəkili Əshabəli Mustafayev bildirib.
Vəkil F.Əhmədli ilə fevralın 3-də görüşüb.
Vəkil istinatq müddətinin və bununla birgə həbs qət-imkan tədbirinin uzadılmasından da narazılıq edib:
“Həbs qəti-imkan tədbiri istinatq hərəkətlərilə bağlı martın 12-nə kimi olmaqla iki ay müddətinə uzadılıb. Artıq bir ay keçib. Nə istinataq hərəkətləri var, nə müstəntiqin səsini eşdirik. Bu nə istintaq,nə də həbs müddətinin uzadılması deyil. Bu cəzadır”.
Ə.Mustafayev deyir ki, 2016-cı ili avqustun 18-də F.Əhmədli saxlanılarkən evlərində axtarış nəticəsində bəzi əşyalar götürülb. Vəsatətlərə baxmayaraq əşyalar hələ də ailəsinə qayatrılmayıb:
“Bunların arasında ailəyə aid pensiya kartları,noutbook var.İstintaqda deyir ki, əşyalar bizdə deyil".
AXCP fəalı Fuad Əhmədli keçən ilin avqustunda DTX əməkdaşları tərəfindən saxlanılıb. O, 302.1 (əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma) və 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham olunur. Rəsmi məlumatda F.Əhmədli 2016-cı ildə Türkiyədə dövlət çevrilişinə cəhddə ittiham olunan Fətullah Gülən şəbəkəsilə əlaqəli şəxs kimi təqdim edilir. Müdafiə tərəfi ittihamı qəbul etmir.