Tbilisinin küçə uşaqları. Azərbaycandan da var
Balaca Xanıma Tbilisidə - Pekin prospektində tez-tez rast gəlinir. Keçib gedəndən pul dilənir. Qohum-əqrəbası Azərbaycandan olan kürdlərdir.
Mövcüd stereotipə görə, kimsəsiz uşaqlar adətən etnik azlıqların ailələrindən olan uşaqlardır. Amma Karitas xeyriyyə təşkilatının məlumatına görə, Gürcüstanda sahibsizlər arasında milli azlıqlardan olanlar 50 faiz təşkil edir. Son illər küçələrdə daha çox Azərbaycandan olan kürdlərə rast gəlinir.
UNICEF sahibsiz uşaqları 3 yerə bölür: ailələrindən qaçmış uşaqlar, ailələri ilə birlikdə küçələrdə yaşayan uşaqlar və əksər vaxtını küçələrdə dilənməklə keçirən uşaqlar. Bütün dünyada olduğu kimi Gürcüstanda da hər üç təbəqəyə rast gəlmək olur, amma üçüncülər çoxluq təşkil edir.
Əksər hallarda polis bu cür uşaqlara qarşı hər hansı ölçü götürmür. Amma yaxın gələcəkdə bu, dəyişə bilər. 2016-cı ilin yanvarında Gürcüstanın ədliyyə naziri Tea Chulukian küçələrdə yaşayan və işləyən uşaqları qoruyacaq yeni qanunun tətbiq olunacağını deyib.
2000-ci illərin ortalarında Gürcüstan sosial-iqtisadi islahatlara başlayan zaman uşaq internatlarının qəyyumluğun alternativ formaları ilə əvəzlənməsi planlaşdırılırdı. Fotoda Kutaisi şəhərində hələ SSSR dönəmində tikilmiş uşaq internatıdır. hazırda bu internat bağlıdır.
İslahatlar uğurla nəticələnib. İslahatlardan öncə Gürcüstan internatlarında rəsmi rəqəmlərə görə 5000-ə yaxın uşaq var idi. 2010-cu ilədək onların sayı 120-dək azaldılıb. Qonşu Ermənistanda bu rəqəm 4900, Azərbaycanda isə 10000-dir.
Gürcüstanda internatlarla yanaşı uşaqların qəyyum ailələrə verilməsinə və ailə tipli uşaq evlərinin yaradılmasına başlanıb.
İslahatlar çərçivəsində ölkədə sosil müdafiəsi olmayan ailələrin uşaqları üçün yardım mərkəzləri də açılıb. Həmin mərkəzlərdə uşaqlara yemək verilir, digər yardımlar göstərilir.
Fotodakı həmin mərkəzlərdən biridir.
Hakimiyyət həmçinin Foster Care beynəlxalq övladlığa götürmə proqramına start verib. Hələ ki, bu proqram bioloji ailələrə inteqrasiya edə bilməyən uşaqlar üçün tətbiq olunur. Fəallar kimsəsiz uşaqların övladlığa götürülmə şərtlərini genişləndirməyə çağırırlar.
Təşəbbüslərə baxmayaraq, kimsəsizlərin sayı getdikcə artır.
Fotodakı Ruslandır. Sənədləri yoxdur deyə, nə təhsil ala bilib, nə də sosial yardım. Baxımsız bir tikilidə sərxoş mühafizəçinin ona atəş açmasından sonra ayağı amputasiya olunub. World Vision xeyriyyə təşkilatı bu cür uşaqlara yardım edir. Məhz bu təşkilatın sayəsində indi Ruslanın pasportu var.
Fotodakı oğlan etnik çeçendir. Foto Qldanidəki Böhran Mərkəzində şəkilib. Bu mərkəzin əməkdaşları əsasən küçələrdən "tapılmış" uşaqlarla çalışır. Tez-tez bu cür uşaqların gələcəyinin planlaşdırılması ilə bağlı aksiyalar təşkil edən mərkəz artıq bir neçə ildir ki, qapadılıb.
Çoxu dilənməyi qarnını doyurmağın yeganə yolu bilir. Dilənən azyaşlılara, o cümlədən körpəli analara böyük şəhərlərdə - Tbilisi, Rustavi, Kutaisi və Batumidə də rast gəlinir.
UNICEF-in hesablamasına görə, Gürcüstan küçələrində 2500-ə yaxın kimsəsiz uşaq var.
2013-cü ildə UNICEF və World Vision Gürcüstan hakimiyyəti ilə birlikdə bu cür uşaqlara yardım məqsədilə layihə həyata keçirib. Mobil qruplar sözügedən uşaqlarla elə küçələrdəcə maarifləndirici söhbətlər ediblər. Layihənin dəyəri 850 min avrodur.
Bu foto çəkilən zaman həmin ərazidə Pivə festivalı keçirilirdi. Bu cür uşaqlar üçün belə tədbirlər "daha çox gəlir" deməkdir. Mühafizəçilər uşaqları ərazidən qovmağa çalışırlar, amma həmişə müvəffəq ola bilmirlər.