Gürcüstanın Tbilisi, Kutaisi, Batumi, Zuqdidi və digər şəhərlərində yüz minlərlə azarkeş futbol üzrə yığma komandalarının Avropa çempionatının favoritlərindən sayılan Portuqaliya üzərində 2:0 hesabı ilə gözlənilməz qələbəsini bütün gecə bayram edib.
Gürcüstan millisi tarixdə ilk dəfə futbol üzrə Avropa çempionatına yüksəlib.
Artıq qrup mərhələsini keçib Avropa çempionatının 1/8 finalına çıxmaqla - Gürcüstan komandası turnirin başqa bir favoriti sayılan İspaniya millisi ilə qarşılaşacaq - "futbol Gürcüstanı" 1981-ci ildən bu yana ən böyük uğura imza atıb. O vaxt baş məşqçi Nodar Axalkatsinin başçılığı ilə David Kipiani, Aleksandr Çivadze, Vladimir Qutsayev, Vitali Daraseliya və Gürcüstan futbolunun "qızıl qalaktika"sına aid edilən digər təmsilçilərindən ibarət Tbilisi "Dinamo"su "Carl Zeiss" klubuna 2:1 hesabı qalib gələrək Avropa Kubokları Kubokunu qazanıb.
Həmin gecə də yüz minlərlə azarkeş Gürcüstan futbolunun Avropa ambisiyalarının əsasını qoyan tarixi qələbəni qeyd etmişdi.