Son sutka ərzində Azərbaycanda koronavirus infeksiyasına 65 yeni yoluxma faktı qeydə alınıb, 89 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış iki nəfər də vəfat edib.
Bildirilir ki, indiyədək ölkədə ümumilikdə 335 min 741 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 329 min 959 nəfər müalicə olunaraq sağalıb, 4 min 967 nəfər vəfat edib, aktiv xəstə sayı 815 nəfərdir.
Xatırlatma
2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. 2020-ci il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 3.8 milyondan çox şəxsin vəfat etdiyi açıqlanıb.