532 yeni yoluxma qeydə alınıb, 24 ölüm

COVID-19

Son gündə Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 532 yeni yoluxma faktı qeydə alınıb, virusa yoluxanlardan 1879 nəfər sağalıb.

Bu məlumatı bu gün, yanvarın 8-də Nazirlər Kabineti yanında Operativ Qərargah yayıb. Qurumdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 24 nəfər də vəfat edib: "İndiyədək Azərbaycanda ümumilikdə 223417 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 205406 nəfər sağalıb, 2869 nəfər vəfat edib, aktiv xəstə sayı 15142 nəfərdir".

Qurumdan açıqlamaya görə, son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar ölkədə 8383, ötən müddət ərzində isə ümumilikdə 2250291 test aparılıb.

Rəsmi qurumların məlumatına görə, Azərbaycanda evdə də müalicə alan koronavirus xəstələri var. Üstəlik, xəstəxanaya nisbətən evdə daha çox belə xəstənin olduğu bildirilir.

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. 2020-ci il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 1.9 milyondan çox şəxsin vəfat etdiyi açıqlanıb.