Hacı Əliyev gümüş medal qazanıb 

Güləş, Tokio Olimpiadası-2021

Sərbəst güləşçi Hacı Əliyev (65 kq) Tokio Olimpiadasında Azərbaycanın aktivinə növbəti gümüş medalı yazdırıb.

O, finalda Yaponiya təmsilçisi, dünya və ikiqat Asiya çempionu Takuto Otoquro ilə qarşılaşıb. Gərgin idman mübarizəsi şəraitində keçən görüş 5:4 hesabı ilə Yaponiya güləşçisinin xeyrinə başa çatıb. Beləliklə, Hacı Əliyev “Tokio-2020”də gümüş medalla kifayətlənməli olub.

Olimpiadada mübarizəyə səkkizdəbir final mərhələsindən başlayan H.Əliyev birinci görüşdə seneqallı Adama Diattaya 4:0 hesabı ilə qalib gəlib. Hacı Əliyev dörddəbir finalda Qazaxıstan idmançısı Daulet Niyazbekovu 9:1 hesabı ilə məğlub edib. Yarımfinalda Hindistan təmsilçisi Bacranq Bacranq ilə görüş isə Azərbaycan idmançısının 12:5 hesablı qələbəsi ilə başa çatıb.

Hacı Əliyev üçqat dünya (2014, 2015, 2017) və üçqat Avropa (2014, 2018, 2019) çempionudur. O, “Rio-2016” Olimpiya Oyunlarının bürünc mükafatçısıdır.

Beləliklə, hazıra Azərbaycan millisinin aktivində 2 gümüş və 3 bürünc medal var. Gümüş medalları Azərbaycanın aktivinə Hacı Əliyev, karateçi Rafael Ağayev, bürünc medalları isə cüdoçu İrina Kindzerska, boksçu Alfonso Dominges və yunan-Roma güləşçisi Rafiq Hüseynov yazdırıblar.

Azərbaycan Tokioya 44 idmançı ilə yollananıb. Onların çoxu mübarizəni medalsız dayandırıb.

Bu Yay Olimpiya Oyunları rəsmi olaraq iyulun 23-də başlayıb. Olimpiada avqustun 8-dək davam edəcək.

"Tokio-2020" Yay Olimpiya Oyunları adından da göründüyü kimi 2020-ci ildə keçirilməliydi.Amma koronavirus pandemiyası üzündən təxirə salınmışdı.

Xatırlatma

Azərbaycan yeddinci dəfədir Yay Olimpiya Oyunlarında iştirak edir. Onun Olimpiya komandası, həmçinin 6 Qış Olimpiya Oyunlarında gücünü sınayıb. Bu ölkənin Olimpiya Oyunlarında debütü “Atlanta-1996” Qış Olimpiya Oyunlarına təsadüf edib. Azərbaycan komandası medalların sayına görə ən böyük uğurunu “Rio-2016”da qazanıb. Həmin Olimpiadaya 56 idmançı ilə qatılan Azərbaycan 1-i qızıl, 7-si gümüş və 10-u bürünc olmaqla ümumilikdə 18 medala sahib olub.