Halliburton və Schlumberger Rusiyada fəliyyətin dayandırır
Halliburton və Schlumberger neft-mədən xidmətləri şirkətləri Rusiyadakı fəaliyyətlərini ixtisar edirlər. Bununla bağlı hər iki şirkət martın 18-də açıqlama yayıb.
"Halliburton bu gün Rusiyadakı gələcək əməliyyatlarını dərhal dayandırdığını elan etdi, çünki şirkət bəzi dövlətə məxsus Rusiya müştəriləri də daxil olmaqla, əməliyyat və əməliyyatları qadağan edən sanksiyalara əməl edir"
Sözügedən şirkətin yaydığı açıqlamada bildirlir.
Buna da bax: Rusiyanın hücumu divara dirənibmi?Şirkət bildirir ki, "Halliburton Rusiyada qalan əməliyyatlarını dayandırarkən təhlükəsizlik və etibarlılığa üstünlük verəcək".
"Russian Oil and Gas Technologies" sənaye nəşri yazır ki, Halliburtonun müştəriləri arasında Qazprom, LUKOIL, Rosneft kimi Rusiyanın bütün ən böyük neft-qaz şirkətləri yer alır.
Digər neft sənayesi xidmət korporasiyası Schlumberger də Rusiyadakı fəaliyyətlərində investisiya və texnologiyanın tətbiqini dayandırır.
Buna da bax: Rosneft rəhbərinə məxsus olduğu deyilən yaxta müsadirə edilib