Bugün, noyabrın 22-də İsrail Dövlətinin prezidenti İshaq Hersoq Azərbaycan prezidenti İlham Əliyevə zəng edib.
Bu barədə Azərbaycan Prezidentinin Mətbuat xidməti məlumat yayıb.
Həmin məlumata görə, İshaq Hersoq İsraildə Azərbaycan səfirliyinin açılması barədə qərara toxunub.
O, qeyd edib ki, bu, onlar üçün mühüm dost ölkə və strateji tərəfdaş olan Azərbaycanla çox gözəl münasibətlərdə irəliyə doğru böyük bir addımdır.
Buna da bax: İslam Partiyasının üzvünə 17 il həbs cəzası kəsildiAçıqlamaya görə, İlham Əliyev isə qeyd edib ki, İsraildə Azərbaycan səfirliyinin açılması barədə qərar iki ölkə arasında dostluq əlaqələrini daha da gücləndirir:
“Telefon söhbəti zamanı İsrail-Azərbaycan əlaqələrinin müxtəlif aspektləri müzakirə edilib, gələcək təmaslar barədə fikir mübadiləsi aparılıb.”
Buna da bax: Kosaçov: Azərbaycan-Ermənistan münaqişəsi KTMT-nin işi deyil
Milli Məclisin noyabrın 18-də keçirilən iclasında "Azərbaycan Respublikasının İsrail Dövlətində (Tel-Əviv şəhərində) Səfirliyinin təsis edilməsi haqqında" qanun layihəsi səsverməyə qoyularaq qəbul edilib.
İsraillə Azərbaycan arasında diplomatik münasibətlər 1992-ci ilin aprelindən başlayıb. 1993-cü ilin avqustunda Azərbaycanda İsrailin səfirliyi açılıb. Buna baxmayaraq, İsraildə Azərbaycanın səfirliyi indiyə qədər olmayıb.