Hesablama Palatası Azərbaycan Hava Yolları Cəmiyyətində (AZAL-Qapalı Səhmdar Cəmiyyət) apardığı yoxlamalarla bağlı açıqlama yayıb. 2019-2021-ci illəri əhatə edən yoxlama zamanı qurumda bir çox nöqsanların üzə çıxdığı bildirilir.
Palatanın açıqlamasından aydın olur ki, aparılan yoxlamalar şirkətin xidmətlərinin bahalığı, rəqabət mühitinin məhdudluğu ilə bağlı indiyə qədər müxtəlif səviyyələrdə səsləndirilən nöqsanları təsdiqləyir.
Sizin brauzer HTML5-i dəstəkləmir
Məlumatda vurğulanır ki, audit yoxlaması qiymətlərin daha rəqabətli mühitdə formalaşmasına üstün diqqət yetirilmədiyini müəyyənləşdirib. Bütövlükdə rentabelliyin artırılması potensialı da gərəyincə dəyərləndirilməyib. Bununla yanaşı, bəzi komisyon haqları ilə bağlı bənzər standartlardan yüksək tariflərin tətbiq edildiyi də üzə çıxıb.
Yoxlamalara görə, AZAL-ın fəaliyyətində dövlət-özəl tərəfdaşlığının beynəlxalq təcrübədə mövcud uğurlu nümunələri də öyrənilib, tətbiqi imkanlarından da istifadə edilməyib.
Bu əməkdaşlıq nəticəsində əldə edilə biləcək əlavə gəlir potensialı da reallaşdırılmamış qalıb.
Buna da bax: Xersondan çəkilən Rusiya Geniçeski vilayətin inzibati paytaxtı elan edibAeroportlardan istifadə əmsalı aşağıdır
Hesablama Palatasının açıqlamasında AZAL-ın xidmətlərindən istifadə göstəricisi də diqqət çəkir.
Açıqlamada deyilir ki, xərc tutumu daha yüksək olan uzunməsafəli istiqamətlərdə doluluq səviyyəsi orta göstəricidən önəmli səviyyədə aşağıdır.
Bilet qiymətlərinin optimallaşdırılmasına əngəl törədən amillər də müəyyənləşdirilib. Aeroportlardan istifadə zamanı uçuş aralarının uzunluğu, sabit xərc yükü sərnişindaşıma fəaliyyətindən gəlirləri artırmağa mənfi təsir edir. Hesablama Palatasının auditinə görə, biletləri ucuzlaşdırmağa mənfi təsir göstərən bir amil də yanacağın bahalaşmasıdır.
Buna da bax: ‘Şaymuratov batalyonu’ könüllüsünün başına gələnlərAZAL-ın reaktiv mühərrik yanacağından istifadə etdiyi həcmlərinin alış qiymətləri 2021- ci ilin fevralından bəri beynəlxalq satış birjalarında formalaşan qiymətlər əsasında müəyyənləşdirilir. Halbuki, reaktiv mühərrik yanacağının ölkədaxili istehsalı var və bunu dövlət tənzimləmir.
Bu baxımdan, Palata Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsində olan milli rezidentlər arasında qarşılıqlı kommersiya münasibətlərinin dövlət sektoru kontekstində tənzimlənmədiyini ayrıca vurğulayır.
Hesablama Palatasının auditi ortaya çıxarıb ki, iş və xidmətlər, əsasən, kənar hüquqi şəxslərə sifariş verilib. Palatanın fikrincə, bütövlükdə muzdlu işçi kontingentinin ştat cədvəli üzrə və gerçək sayı uzunmüddətli dövr üçün optimallaşdırılmayıb.
Buna da bax: 'Oğlumu hərbi xidmətdən saxlatdırmaq üçün 6 min manat verdim'İki milyard manatı aşan borc var
Hesablama Palatasının bu ilin əvvəlinə olan məlumatına görə, AZAL-ın borcu 2 milyard 100 milyon manata yaxındır. Palata düşünür ki, borc məbləğinin belə çox olması şirkətin maliyyə likvitliyinə ciddi risklər yaradır. Beləki uzunmüddətli perspektivdə cari dövriyyə vəsaitləri cari öhdəliklərdən geri qala bilər.
Üstəlik, AZAL-ın borcları dövlət maliyyəsi üçün də əlavə xərclər yaradır. Hesablama Palatasının ötənilki dövlət büdcəsinin icrasına dair rəyindən aydın olur ki, “Təminat Fondu” hesabına AZAl-ın borclarının ödənilməsinə təxminən 35 milyon manat xərclənib.
Buna da bax: İcra başçısının keçmiş müavini: 'Bildim ki, pula görə çağırırlar, hazırlıqlı getmişdim...'Bu göstərici ilə şirkət fond hesabına ən çox borcu ödənilən dördüncü dövlət müəssisəsi olub. Bu da bildirilir ki, AZAL bir sıra hallarda aktivlərdən qənaətli istifadə və artıq xərclərin qarşısının alınması baxımından dövlət sektoru kontekstində düzgünlük meyarlarına əməl etməyib.
Dövlət əmlakının və dövlət vəsaitlərinin yönəldilməsində audit meyarları ilə müqayisədə bir sıra əhəmiyyətli uyğunsuzluq halları olub. Palata bütün nöqsan və çatışmazlıqların aradan qaldırılması üçün təkliflər irəli sürüb.
Hələki AZAL Hesablama Palatasının yoxlamanın nəticələri ilə bağlı açıqladığı məlumata hər hansı münasibət bildirməyib.