Dövlət büdcəsinin gəlirləri 2018-2020-ci illərdə 15 696,7 milyon manat, 15 252,8 milyon manat və 14 737,9 milyon manat olmaqla azalma ilə nəzərdə tutulub.
"Report" bu xəbəri Hesablama Palatasının 2017-ci il dövlət büdcəsi haqqında qanun layihəsinə rəyinə istinadən xəbər verir.
Buna da bax: Dövlət büdcəsi belə formalaşır...
Xəbərdə deyilir ki, 2018-2020-ci illərdə dövlət büdcəsinin gəlirlərinin ÜDM-ə nisbətinin müvafiq olaraq 24,6%, 22,5% və 20,9% səviyyəsində azalması nəzərdə tutulur.